“Meta” 7 min əməkdaşı süni intellektlə əlaqəli vəzifələrə keçirir Texnologiya xəbərləri 19/05/2026 Paylaş FacebookXWhatsAppTelegram “Meta” 7000 əməkdaşı süni intellektlə bağlı yeni vəzifələrə keçirmək qərarına gəlib. Bu barədə xidməti qeydə istinadən “The New York Times” və “Bloomberg” məlumat yayıb. “Bloomberg” qeyd edir ki, bu addım şirkətdə genişmiqyaslı korporativ restrukturizasiyanın bir hissəsidir. Sənəddə bildirilir ki, yeni korporativ struktur daha “yastı” olacaq və daha kiçik qrupları nəzərdə tutacaq. “Bloomberg”in yazdığına görə, şirkət hesab edir ki, bu dəyişiklik məhsuldarlığın artırılmasına kömək edəcək.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə “The New York Times” dəqiqləşdirib ki, 18 may tarixində əməkdaşlara göndərilən insan resursları direktoru Janel Qeylin qeydinə əsasən, işçilər süni intellekt əsaslı yeni alətlər və tətbiqlər hazırlayacaq dörd yeni şöbəyə keçiriləcək. O əlavə edib ki, yeni vəzifələrlə bağlı təfərrüatlar 20 may çərşənbə günü açıqlanacaq. “Bloomberg”in qeyd etdiyi kimi, Mark Zukerberq süni intellekti şirkətin əsas prioritetinə çevirib. Agentliyin məlumatına görə, süni intellektin inkişafı “Meta”nın istehlakçı məhsullarının və Zukerberqin korporativ vizyonunun əsas elementinə çevrilib. “Bloomberg” əlavə edib ki, şirkət böyük dil modellərinin yaradılması üçün lazım olan mütəxəssislərə və infrastruktura yüz milyardlarla dollar xərcləyir. Bundan əvvəl aprelin ortalarında “Reuters” mənbələrə istinadən xəbər vermişdi ki, şirkət 2026-cı il üçün planlaşdırılan kütləvi ixtisarların ilk mərhələsini 20 mayda həyata keçirməyi planlaşdırır. Nəşrin həmsöhbətləri həmin mərhələdə Meta-nın əməkdaşlarının təxminən 10%-ni, yəni 8000 nəfəri ixtisar edəcəyini bildirmişdilər. 2025-ci ilin sonuna olan məlumata görə, “Meta”da 78 mindən çox insan çalışırdı. Ötən ilin dekabrında “The Wall Street Journal” yazmışdı ki, biznes 2026-cı ildə yeni işçilər işə götürməyi planlaşdırmır — ABŞ şirkətlərinin əksəriyyəti ya mövcud komandaları saxlamağa, ya da işçi sayını azaltmağa hazırlaşır. Bu tendensiyanın əsas səbəbləri kimi biznesin süni intellektə yönəlməsi və iqtisadiyyatın vəziyyəti ilə bağlı narahatlıqlar göstərilmişdi. TaglarMeta Son xəbərlər Menecement (təyinatlar) Azərbaycanın Britaniyadakı səfirliyinə təhsil müşaviri təyin edilib 19/05/2026 Yerli biznes xəbərləri “TVM İnşaat” kapitalını daha 1.2 milyon manat azaldır 19/05/2026 Bank xəbərləri Kreditinizi Birbank-a gətirin, 6%-dək endirim qazanın 19/05/2026 Turizm Tailand 60 günlük vizasız girişi ləğv etdi 19/05/2026 Digər xəbərlər Menecement (təyinatlar) Azərbaycanın Britaniyadakı səfirliyinə təhsil müşaviri təyin edilib 19/05/2026 Yerli biznes xəbərləri “TVM İnşaat” kapitalını daha 1.2 milyon manat azaldır 19/05/2026 Bank xəbərləri Kreditinizi Birbank-a gətirin, 6%-dək endirim qazanın 19/05/2026 Turizm Tailand 60 günlük vizasız girişi ləğv etdi 19/05/2026