Tibbi arayış tələb olunan peşələrin siyahısı yenilənəcək Ölkə daxili 19/05/2026 Paylaş FacebookXWhatsAppTelegram İşçilərin sağlamlığı haqqında tibbi arayış tələb olunan peşələrin siyahısı təkmilləşdiriləcək. Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Fərmana əsasən, Nazirlər Kabineti 3 ay müddətində “İşçinin səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər olan ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerlərində, habelə əhalinin sağlamlığının mühafizəsi məqsədi ilə qida sənayesi, ictimai iaşə, səhiyyə, ticarət və bu qəbildən olan digər iş yerlərində əmək müqaviləsi bağlanılarkən işçilərin sağlamlığı haqqında tibbi arayış tələb olunan peşələrin (vəzifələrin) iş yerlərinin Siyahısı”nın təkmilləşdirilməsinə dair zəruri tədbirlər görüb Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir. Nazirlər Kabineti bu müddət ərzində “Narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinin və vəzifələrin Siyahısı və məhdudiyyətin müddəti”ndə narkoloji xəstələr üçün məhdudiyyətin müddətinin müvafiq peşə növləri və vəzifələr üzrə təkmilləşdirilməsinə dair də zəruri tədbirlər görüb Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir. TaglarNarkolojiNazirlər KabinetiTibbi arayış Son xəbərlər İnvestisiya “SpaceX” IPO-nu 12 iyunda keçirəcək 19/05/2026 Təhsil Xocalıda Qarabağ Universitetinin yeni binası tikiləcək 19/05/2026 Nəqliyyat Azərbaycanda yığılan 375 avtomobil anbarlarda qalıb 19/05/2026 Aqrarbiznes Azərbaycanda daha bir aqropark yaradılıb 19/05/2026 Digər xəbərlər İnvestisiya “SpaceX” IPO-nu 12 iyunda keçirəcək 19/05/2026 Təhsil Xocalıda Qarabağ Universitetinin yeni binası tikiləcək 19/05/2026 Nəqliyyat Azərbaycanda yığılan 375 avtomobil anbarlarda qalıb 19/05/2026 Aqrarbiznes Azərbaycanda daha bir aqropark yaradılıb 19/05/2026