Eldar Əzizov: Paytaxtda kanat yolu nəqliyyatı tətbiq oluna bilər Ölkə daxili 19/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Bakıda yaxın perspektivdə yeni nəqliyyat növlərinin, o cümlədən kanat yolu və tramvay xətlərinin yaradılması nəzərdə tutulur. Bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Onun sözlərinə görə, hazırda paytaxtda ictimai nəqliyyat sisteminin inkişafı istiqamətində geniş işlər aparılır. E. Əzizov qeyd edib ki, Bakıda 140 kilometrdən çox avtobus zolağı və 80 kilometr velosiped yolu yaradılıb. O bildirib ki, metro infrastrukturunun genişləndirilməsi ilə yanaşı, şəhər üçün yeni nəqliyyat həllərinin tətbiqi nəzərdə tutulur. Bakı Şəhər İcra Hakimiyyətinin başçısının sözlərinə görə, bu layihələr şəhərdə mobilliyin artırılmasına, nəqliyyat sıxlığının azaldılmasına və ekoloji vəziyyətin yaxşılaşdırılmasına xidmət edəcək. Son xəbərlər İnvestisiya “SpaceX” IPO-nu 12 iyunda keçirəcək 19/05/2026 Təhsil Xocalıda Qarabağ Universitetinin yeni binası tikiləcək 19/05/2026 Nəqliyyat Azərbaycanda yığılan 375 avtomobil anbarlarda qalıb 19/05/2026 Aqrarbiznes Azərbaycanda daha bir aqropark yaradılıb 19/05/2026 Digər xəbərlər İnvestisiya “SpaceX” IPO-nu 12 iyunda keçirəcək 19/05/2026 Təhsil Xocalıda Qarabağ Universitetinin yeni binası tikiləcək 19/05/2026 Nəqliyyat Azərbaycanda yığılan 375 avtomobil anbarlarda qalıb 19/05/2026 Aqrarbiznes Azərbaycanda daha bir aqropark yaradılıb 19/05/2026