Azərbaycan əhalisinin son sayı açıqlandı Ümumi iqtisadi xəbərlər 19/05/2026 Paylaş FacebookXWhatsAppTelegram 2026-cı ilin yanvar-mart aylarında əhalinin sayı 5814 nəfər və ya 0.1 faiz artaraq 2026-cı il aprel ayının 1-i vəziyyətinə 10 268 165 nəfərə çatmışdır. Banker. bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Bu ilin ilk üç ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 20362 doğulan körpə qeydə alınmış və 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 8,8-dən 8,0-a düşmüşdür. Doğulan körpələrin 53,8 faizi oğlan uşaqları, 46,2 faizi isə qız uşaqları olmuşdur. Doğulan körpələrdən 698-i əkiz, 27-si isə üçəm olmuşdur. Doğum səviyyəsi əhalinin hər 1000 nəfərinə Şərqi Zəngəzur (10,3), Dağlıq Şirvan (10,2), Qarabağ (10,1), LənkəranAstara (10,0), Mil-Muğan (9,3), Şirvan-Salyan (9,0), Mərkəzi Aran (8,9), Qazax-Tovuz (8,6), Quba-Xaçmaz (8,5) iqtisadi rayonlarında ölkə göstəricisindən (8,0) yüksək olmuşdur TaglarƏhalinin sayı Son xəbərlər İnvestisiya “SpaceX” IPO-nu 12 iyunda keçirəcək 19/05/2026 Təhsil Xocalıda Qarabağ Universitetinin yeni binası tikiləcək 19/05/2026 Nəqliyyat Azərbaycanda yığılan 375 avtomobil anbarlarda qalıb 19/05/2026 Aqrarbiznes Azərbaycanda daha bir aqropark yaradılıb 19/05/2026 Digər xəbərlər İnvestisiya “SpaceX” IPO-nu 12 iyunda keçirəcək 19/05/2026 Təhsil Xocalıda Qarabağ Universitetinin yeni binası tikiləcək 19/05/2026 Nəqliyyat Azərbaycanda yığılan 375 avtomobil anbarlarda qalıb 19/05/2026 Aqrarbiznes Azərbaycanda daha bir aqropark yaradılıb 19/05/2026