Azərbaycanın Britaniyadakı səfirliyinə təhsil müşaviri təyin edilib Menecement (təyinatlar) 19/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Krallığındakı səfirliyində təhsil məsələləri üzrə müşavir təyin olunub. Banker.az xəbər verir ki, sözügedən vəzifə Rəşad Xanlarova həvalə edilib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Qeyd edək ki, Rəşad Xanlarov bu təyinata qədər Elm və Təhsil Nazirliyində Vətəndaşlara xidmət və sənədlərlə iş şöbəsinin müdiri, müxtəlif beynəlxalq şirkətlərdə rəhbər vəzifələrdə, eləcə də Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru kimi fəaliyyət göstərib. Xatırladaq ki, Azərbaycanın bəzi səfirliklərində Azərbaycan Respublikasında təhsilalma imkanlarının təbliğini və xarici dövlətlərlə təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsini, Azərbaycan Respublikası vətəndaşlarının xarici dövlətlərin təhsil müəssisələrində təhsil almasına və təhsil hüquqlarının müdafiəsinə dəstək verilməsini, eləcə də bu istiqamətdə müvafiq əlaqələndirməni təmin etmək məqsədilə təhsil məsələləri üzrə müşavirlər fəaliyyət göstərir. Son xəbərlər Ümumi iqtisadi xəbərlər Azərbaycan yavaş-yavaş Y.Zelandiya kərə yağını İran, Belarus və Ukrayna məhsulları ilə əvəzləyir 19/05/2026 İnvestisiya “SpaceX” IPO-nu 12 iyunda keçirəcək 19/05/2026 Təhsil Xocalıda Qarabağ Universitetinin yeni binası tikiləcək 19/05/2026 Nəqliyyat Azərbaycanda yığılan 375 avtomobil anbarlarda qalıb 19/05/2026 Digər xəbərlər Ümumi iqtisadi xəbərlər Azərbaycan yavaş-yavaş Y.Zelandiya kərə yağını İran, Belarus və Ukrayna məhsulları ilə əvəzləyir 19/05/2026 İnvestisiya “SpaceX” IPO-nu 12 iyunda keçirəcək 19/05/2026 Təhsil Xocalıda Qarabağ Universitetinin yeni binası tikiləcək 19/05/2026 Nəqliyyat Azərbaycanda yığılan 375 avtomobil anbarlarda qalıb 19/05/2026