ABB-nin Müşahidə Şurasına təyinat olub Bank xəbərləriMenecement (təyinatlar) 19/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Dövlət bankı ABB-nin Müşahidə Şurasının tərkibində dəyişiklik baş verib. Banker.az xəbər verir ki, bu barədə səhmdarların Ümumi Yığıncağında qərar qəbul edilib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Qərara əsasən, maliyyə sahəsində böyük təcrübəyə sahib Azər Əliyev Əmiraslan oğlu Müşahidə Şurasının müstəqil üzvü seçilib. Hazırda bankın Müşahidə Şurasında sədrlə birlikdə yeddi üzv var, bunun üçü müstəqil üzvdür. Azər Əliyev 1979-cu ildə anadan olub. Azərbaycan Texniki Universitetini Menecment ixtisası üzrə magistr dərəcəsi ilə bitirib. “University of Oxford Saïd Business School”da maliyyə strategiyası üzrə magistr dərəcəsi alıb. İqtisadiyyat üzrə fəlsəfə doktorudur. Azərbaycan Mərkəzi Bankında baş iqtisadçı və qrup rəhbəri vəzifələrində çalışıb. “International Finance Corporation”da biznesin inkişafı üzrə menecer, “Atəşgah Sığorta Qrupu”nda baş maliyyə inzibatçısı və İdarə Heyətinin üzvü olub, “Atəşgah Həyat Sığorta Şirkəti”nin İdarə Heyətinin sədri, “Azərbaycan Triatlon Federasiyası”nın vitse-prezidenti vəzifələrində çalışıb. TaglarABB (Azərbaycan Beynəlxalq Bankı) Son xəbərlər Telekommunikasiya 4 ayda mobil operatorlar 409 milyon manat gəlir əldə ediblər 19/05/2026 Energetika Böyük Britaniyada benzin qiymətləri İran müharibəsinin başlanmasından bəri maksimuma çatıb 19/05/2026 Bank xəbərləri Dəmiryolu yenidən Gürcüstana aparır. PAŞA Sığorta ilə səyahətiniz rahat keçsin! 19/05/2026 Bank xəbərləri Neft hasilatı azalsa da, təbii qaz yüksəlməkdədir 19/05/2026 Digər xəbərlər Telekommunikasiya 4 ayda mobil operatorlar 409 milyon manat gəlir əldə ediblər 19/05/2026 Energetika Böyük Britaniyada benzin qiymətləri İran müharibəsinin başlanmasından bəri maksimuma çatıb 19/05/2026 Bank xəbərləri Dəmiryolu yenidən Gürcüstana aparır. PAŞA Sığorta ilə səyahətiniz rahat keçsin! 19/05/2026 Bank xəbərləri Neft hasilatı azalsa da, təbii qaz yüksəlməkdədir 19/05/2026