Mikayıl Cabbarov: Azərbaycan 20 ildən az müddətdə yoxsulluq səviyyəsini 49 faizdən 5 faizə endirib Ölkə daxili 19/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Azərbaycan son 20 ildən az müddətdə yoxsulluq səviyyəsini 49 faizdən 5 faizə endirməyə nail olub. Bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Bakıda WUF13 çərçivəsində “Şəhərlər bağlantılılığın mərkəzində: Şəhər yenidənqurması və regional əməkdaşlıq” mövzusunda keçirilən tədbirdə deyib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Nazir bildirib ki, şəhərlərin iqtisadi inkişafı ilə bağlantılılıq arasında əlaqə qurulmalı və bütün bu proseslərin əsas məqsədi insanların rifahının yaxşılaşdırılması olmalıdır. O qeyd edib ki, Bakı tarixən sivilizasiyaların, ticarət yollarının və mədəniyyətlərin kəsişmə nöqtəsində yerləşən şəhər olub və bu gün də həmin rolu qoruyub saxlayır. M. Cabbarov çıxışında Bakı və Sumqayıtın ölkənin ən böyük metropoliten və iqtisadi mərkəzi kimi roluna, azad edilmiş ərazilərə, Azərbaycanın digər bölgələrinə, eləcə də hökumətlərin və şəhərlərin funksiyalarına toxunub. Nazir əlavə edib ki, Azərbaycan eyni zamanda regionun ən mürəkkəb və uzunmüddətli ərazi münaqişələrindən birini həll edib. MənbəREPORT TaglarAzərbaycanda yoxsulluq səviyyəsiMikayıl Cabbarov Son xəbərlər Nəqliyyat Nazir: Daha çox yol tikmək tıxac problemini avtomatik həll etmir 19/05/2026 Sığorta xəbərləri ASA: İntensiv yağışların vurduğu zərərin məbləği 1 milyon manatı ötəcək 19/05/2026 Ölkə daxili Eldar Əzizov: “Son illər Bakıda 100-dən çox yeni park yaradılıb” 19/05/2026 Ölkə daxili Sabah pensiyaların ödənilməsi yekunlaşdırılacaq 19/05/2026 Digər xəbərlər Nəqliyyat Nazir: Daha çox yol tikmək tıxac problemini avtomatik həll etmir 19/05/2026 Sığorta xəbərləri ASA: İntensiv yağışların vurduğu zərərin məbləği 1 milyon manatı ötəcək 19/05/2026 Ölkə daxili Eldar Əzizov: “Son illər Bakıda 100-dən çox yeni park yaradılıb” 19/05/2026 Ölkə daxili Sabah pensiyaların ödənilməsi yekunlaşdırılacaq 19/05/2026