Rusiya Prezidenti Vladimir Putin və Çin Prezidenti Si Cinpin sentyabrda Yeni Dehli də keçiriləcək BRICS liderlərinin sammitində iştirak edəcəklər. Bu barədə 20 may tarixində Indian Express qəzeti məlumat yayıb. Məlumata görə, Rusiya və Çin tərəfləri Yeni Dehli yə liderlərin sammitə gələcəyini bildiriblər. Hindistan BRICS -ə sədrlik edərək sentyabrda qruplaşmanın illik sammitinə ev sahibliyi edəcək. Kreml tərəfindən Putinin səfəri təsdiqləndi. 12-13 sentyabr tarixlərində paytaxtda keçiriləcək sammitdə Putinin iştirakı Rusiya rəsmiləri tərəfindən təsdiqlənib.