Çin və ABŞ ticarət rüsumlarının azaldılması barədə ilkin razılığa gəlib Ölkə xarici 20/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Çin və ABŞ hər iki tərəf üçün ən azı 30 milyard dollarlıq məhsullara tətbiq olunan rüsumların qarşılıqlı şəkildə azaldılmasını müzakirə edəcəklər. Bu barədə Çin Xalq Respublikasının Ticarət Nazirliyi məlumat yayıb. “Cənubi Koreyada mayın 12-13-də keçirilən məsləhətləşmələr çərçivəsində tərəflər prinsip etibarilə Ticarət Şurası çərçivəsində hər iki tərəf üçün həcmi 30 milyard dollar və ya daha çox olan məhsullara tətbiq edilən rüsumların qarşılıqlı azaldılması üzrə çərçivə razılaşmalarını müzakirə etməyə razılaşıblar”, — məlumatda deyilir. Çin Ticarət Nazirliyi qeyd edib ki, “qarşılıqlı maraq doğuran” məhsul nomenklaturasına münasibətdə ən əlverişli rejim prinsipi əsasında və ya daha aşağı tariflərin tətbiqi gözlənilir.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə “Bu razılaşmaların həyata keçirilməsi təkcə Çin və ABŞ arasında ikitərəfli ticarətin sabitləşdirilməsi və genişləndirilməsinə kömək etməyəcək, həm də qlobal açıq əməkdaşlıq üçün faydalı nümunə olacaq”, — məlumatda vurğulanıb. Bildirilib ki, hər iki tərəfin ticarət-iqtisadi nümayəndə heyətləri sıx əlaqələri davam etdirəcək, konkret tədbirləri razılaşdıracaq və onların tezliklə həyata keçirilməsinə yardım göstərəcəklər. TaglarABŞÇin Son xəbərlər Ümumi iqtisadi xəbərlər DSK Azərbaycanda işsizlərin sayını açıqlayıb 20/05/2026 İnvestisiya “Blackstone” “Google” ilə dəstəklənən süni intellekt layihəsinə $5 mlrd. investisiya yatırır 20/05/2026 Yerli biznes xəbərləri DSK: 2026-cı ilin birinci rübü ərzində ölkədə 23,5 min yeni iş yerləri açılıb 20/05/2026 Ölkə daxili Gecə işləyənlərin maaşı necə hesablanır? 20/05/2026 Digər xəbərlər Ümumi iqtisadi xəbərlər DSK Azərbaycanda işsizlərin sayını açıqlayıb 20/05/2026 İnvestisiya “Blackstone” “Google” ilə dəstəklənən süni intellekt layihəsinə $5 mlrd. investisiya yatırır 20/05/2026 Yerli biznes xəbərləri DSK: 2026-cı ilin birinci rübü ərzində ölkədə 23,5 min yeni iş yerləri açılıb 20/05/2026 Ölkə daxili Gecə işləyənlərin maaşı necə hesablanır? 20/05/2026