DSK Azərbaycanda işsizlərin sayını açıqlayıb Ümumi iqtisadi xəbərlər 20/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Azərbaycanda işsizlərin sayı 1 may 2026-cı il tarixinə 282.1 min nəfər olmaqla aylıq cəmi 700, ilin əvvəlindən isə 3 000 nəfər artıb. Banker.az bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Əmək bazarında 5 milyon 396.2 min nəfər iqtisadi fəal əhalinin 5 milyon 114.1 min nəfərəi cari göstəricilərə əsasən məşğul sayılır. Beləliklə işsizlik səviyyəsi yuvarlaq olaraq 5.2 faizdə sabit qalıb. 2026-cı il may ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 246,0 min nəfər olmuş, onların 51,9 faizini qadınlar təşkil etmişdir. İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 474,7 manat olmuşdur. DSK-nin digər məlumatında qeyd edilir ki, ilk rübdə ölkədə 23.5 min yeni iş yerləri açılıb. 2026-cı ilin yanvar-mart aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 138.7 saat təşkil edib, öncəki ilin eyni dövründə 135.8 saat idi. Son xəbərlər Digər xəbərlər Saray qəsəbəsində yeni yaşayış kompleksi salınır: MİDA 6 milyon manat ayırır 20/05/2026 Şəxsi psixoloq Kevin Kelli: bizi yeni qeyri-müəyyənlik dövrü gözləyir 20/05/2026 Avto xəbərlər Financial Times: İran münaqişəsi fonunda dünya üzrə elektromobil satışları artıb 20/05/2026 Ölkə xarici Si Cinpin: Yaxın Şərqdəki vəziyyət “müharibə ilə sülh arasında keçid nöqtəsindədir” 20/05/2026 Digər xəbərlər Digər xəbərlər Saray qəsəbəsində yeni yaşayış kompleksi salınır: MİDA 6 milyon manat ayırır 20/05/2026 Şəxsi psixoloq Kevin Kelli: bizi yeni qeyri-müəyyənlik dövrü gözləyir 20/05/2026 Avto xəbərlər Financial Times: İran münaqişəsi fonunda dünya üzrə elektromobil satışları artıb 20/05/2026 Ölkə xarici Si Cinpin: Yaxın Şərqdəki vəziyyət “müharibə ilə sülh arasında keçid nöqtəsindədir” 20/05/2026