MOSKVA, 20 may. /TASS/. Rusiya Prezidentinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi və Rusiya Birbaşa İnvestisiya Fondunun (RDİF) baş direktoru Kirill Dmitriyev bildirib ki, Rusiya Çinlə tərəfdaşlığı çərçivəsində ABŞ investorları ilə birgə layihələr imkanlarını nəzərdən keçirir. "RDİF çərçivəsində biz həm Çini , həm də Birləşmiş Ştatları əhatə edən bir sıra layihələrə baxırıq. İnanırıq ki, Çinlə tərəfdaşlıq çərçivəsində bir sıra layihələr Amerika investorlarını da əhatə edə bilər", - deyə Dmitriyev "Vesti" Teleqram kanalına istinadən bildirib. O, həmçinin qeyd edib ki, Rusiyanın Çin üçün bir sıra üstünlükləri var, o cümlədən süni intellekt üçün dünyanın ən ucuz enerjisini təmin etmək imkanı.