Bakcell-in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır Telekommunikasiya 20/05/2026 Paylaş FacebookXWhatsAppTelegram ®İnnovasiya lideri Bakcell gənclərin rəqəmsal bacarıqlarının inkişafına yönəlmiş təşəbbüslərini davam etdirir. Şirkətin tərəfdaşlığı ilə Peerstack Academy tərəfindən Java və Python proqramlaşdırma dilləri üzrə “SummerStack Bootcamp” proqramı həyata keçiriləcək. Üç ay müddətində davam edəcək bootcamp proqramının əsas məqsədi gənclərə proqramlaşdırma sahəsində fundamental biliklər qazandırmaq, onları real layihələr üzərində işləməyə cəlb etmək və İT karyerasına güclü başlanğıc imkanı yaratmaqdır.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Proqram Java və Python proqramlaşdırma istiqamətlərini əhatə edir. Tədris prosesi qarşılıqlı öyrənmə və layihə əsaslı tədris modelləri əsasında qurulacaq. İştirakçılar təcrübəli mentorların dəstəyi ilə praktiki nümunələr üzərində işləyəcək, nəzəri biliklərini praktik tapşırıqlar vasitəsilə tətbiq edəcəklər. Bakcell-in dəstəyi ilə həyata keçirilən təqaüd proqramı çərçivəsində iştirakçılara 70%-dək təqaüd imkanı təqdim olunacaq. Qeydiyyatdan keçən iştirakçılar məntiq və proqramlaşdırma biliklərini əhatə edən imtahan mərhələsində, daha sonra isə müsahibə prosesində iştirak edəcəklər. Proqram iştirakçıların gələcəkdə İT sahəsində peşəkar inkişafı, real iş mühitinə uyğun bacarıqlar qazanması və bu sahədə uğurlu karyera qurmasına dəstək olacaq. Bakcell və Peerstack Academy arasında qurulan bu əməkdaşlıq innovativ ideyaların real texnoloji həllərə çevrilməsi üçün yeni imkanlar yaratmaqla yanaşı, ölkədə texnologiya sahəsində insan kapitalının inkişafına töhfə verməyi hədəfləyir. Peerstack Academy-nin tələbəsi olmaq istəyənlər linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər. Bakcell haqqında Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir. Bakcell müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir. Son xəbərlər Yerli biznes xəbərləri 2.1 milyonluq nizamnamə kapitalı olan “Aqroinnova” ₼300 min geri götürür 20/05/2026 Bank xəbərləri “Rabitəbank” açıq tender elan edir 20/05/2026 Bank xəbərləri Xalq Bank “Visa Direct to Account” xidməti üzrə mükafata layiq görüldü 20/05/2026 Digər xəbərlər “Yelo Bank” son ildə mikro kredit portfelini 20%-ə yaxın böyüdüb 20/05/2026 Digər xəbərlər Yerli biznes xəbərləri 2.1 milyonluq nizamnamə kapitalı olan “Aqroinnova” ₼300 min geri götürür 20/05/2026 Bank xəbərləri “Rabitəbank” açıq tender elan edir 20/05/2026 Bank xəbərləri Xalq Bank “Visa Direct to Account” xidməti üzrə mükafata layiq görüldü 20/05/2026 Digər xəbərlər “Yelo Bank” son ildə mikro kredit portfelini 20%-ə yaxın böyüdüb 20/05/2026