Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə vakansiya seçiminə başlanılır Təhsil 20/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi üzrə vakansiya seçimi mərhələsinə başlanılır. Banker.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Bildirilib ki, mayın 21-dən etibarən dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinə başlanılacaq. Müsabiqə qaydalarına əsasən, vakansiya seçimi ilkin olaraq şəhid ailəsi üzvləri üçün aktivləşdiriləcək. Müsabiqə üzrə qeydiyyatdan keçmiş və elektron ərizəsi təsdiqlənmiş şəhid ailəsi üzvləri 21 may saat 11:00-dan etibarən şəxsi səhifələrinə daxil olaraq müvafiq vakant yer seçimi edə bilərlər. İlkin vakansiya seçimi mərhələsi 22 may saat 11:00-dək davam edəcək. Növbəti mərhələdə digər müsabiqə iştirakçıları üçün vakansiya seçimi prosesi həyata keçiriləcək və bununla bağlı ictimaiyyətə əlavə məlumat veriləcək. Son xəbərlər Elman Sadıqov “Metro mövzusunun ciddi təhlil və doğru yanaşmalardan uzaqlaşması yanlış fikirlər formalaşdırır” 20/05/2026 Yerli biznes xəbərləri 2.1 milyonluq nizamnamə kapitalı olan “Aqroinnova” ₼300 min geri götürür 20/05/2026 Bank xəbərləri “Rabitəbank” açıq tender elan edir 20/05/2026 Bank xəbərləri Xalq Bank “Visa Direct to Account” xidməti üzrə mükafata layiq görüldü 20/05/2026 Digər xəbərlər Elman Sadıqov “Metro mövzusunun ciddi təhlil və doğru yanaşmalardan uzaqlaşması yanlış fikirlər formalaşdırır” 20/05/2026 Yerli biznes xəbərləri 2.1 milyonluq nizamnamə kapitalı olan “Aqroinnova” ₼300 min geri götürür 20/05/2026 Bank xəbərləri “Rabitəbank” açıq tender elan edir 20/05/2026 Bank xəbərləri Xalq Bank “Visa Direct to Account” xidməti üzrə mükafata layiq görüldü 20/05/2026