Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Rəsmi sənədlər 20/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2026-cı il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən 2008-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1996–2007-ci illərdə doğulmuş, yaşı 30-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2026-cı il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılır.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2026-cı il iyulun 1-dən 30-dək ehtiyata buraxılır. Nazirlər Kabineti bu Sərəncamın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görməlidir. Taglarmüddətli həqiqi hərbi xidmət Son xəbərlər Ölkə xarici Avropa Komissiyası Ukraynaya 3,2 mlrd. avronun ayrılması ilə bağlı danışıqları başa çatdırıb 20/05/2026 Ölkə daxili “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsin əməkdaşları “Tərəqqi” medalı ilə təltif ediliblər 20/05/2026 Energetika Xocalının 8 kəndinin elektrik şəbəkəsi tamamilə yenidən qurulur – 8 milyon manatlıq layihə 20/05/2026 Xarici xəbərlər Yaponiyada TOD modeli ilə yeni şəhər qəsəbəsi salınıb 20/05/2026 Digər xəbərlər Ölkə xarici Avropa Komissiyası Ukraynaya 3,2 mlrd. avronun ayrılması ilə bağlı danışıqları başa çatdırıb 20/05/2026 Ölkə daxili “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsin əməkdaşları “Tərəqqi” medalı ilə təltif ediliblər 20/05/2026 Energetika Xocalının 8 kəndinin elektrik şəbəkəsi tamamilə yenidən qurulur – 8 milyon manatlıq layihə 20/05/2026 Xarici xəbərlər Yaponiyada TOD modeli ilə yeni şəhər qəsəbəsi salınıb 20/05/2026