DSK: Əhalinin orta aylıq gəlirləri 8.8%, qiymətlər isə 5.5% artıb Ümumi iqtisadi xəbərlər 20/05/2026 Paylaş FacebookXWhatsAppTelegram 2026-cı ilin ilin ilk dörd ayında Azərbaycan əhalisinin nominal gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 8.8% artaraq 28 milyard 702.4 milyon manata çatıb. Banker.az xəbər verir ki, əhalinin hər nəfərinə düşən orta aylıq gəlir 698.9 manat olub ki, bu da illik müqayisədə 8.5% çoxdur.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Bu dövrdə əhalinin sərəncamında qalan gəlirləri isə 25 milyard 112.5 milyon manat təşkil edib. Göstərici illik müqayisədə 9.2% artım nümayiş etdirib. Hər nəfərə düşən sərəncamda qalan orta aylıq gəlir 611.5 manat olub və əvvəlki ilin eyni dövrünə nisbətən 8.8% yüksəlib. Eyni zamanda, 2026-cı ilin yanvar-aprel aylarında istehlak qiymətləri indeksi ötən ilin müvafiq dövrü ilə müqayisədə 5.6% artıb. Qiymət artımı qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6.7%, qeyri-qida məhsulları üzrə 3.7%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə isə 5.7% təşkil edib. 2025-ci ilin aprel ayı ilə müqayisədə illik inflyasiya 5.5% olub. Son bir ay ərzində isə qiymətlərdə 0.3% artım qeydə alınıb. Son xəbərlər Ölkə daxili Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə yeni səlahiyyət verilib 20/05/2026 Ölkə xarici Bloomberg: NATO Hörmüz boğazında gəmilərin müşayiət olunmasını müzakirə edir 20/05/2026 Ölkə xarici Avropa Komissiyası Ukraynaya 3,2 mlrd. avronun ayrılması ilə bağlı danışıqları başa çatdırıb 20/05/2026 Ölkə daxili “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsin əməkdaşları “Tərəqqi” medalı ilə təltif ediliblər 20/05/2026 Digər xəbərlər Ölkə daxili Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə yeni səlahiyyət verilib 20/05/2026 Ölkə xarici Bloomberg: NATO Hörmüz boğazında gəmilərin müşayiət olunmasını müzakirə edir 20/05/2026 Ölkə xarici Avropa Komissiyası Ukraynaya 3,2 mlrd. avronun ayrılması ilə bağlı danışıqları başa çatdırıb 20/05/2026 Ölkə daxili “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsin əməkdaşları “Tərəqqi” medalı ilə təltif ediliblər 20/05/2026