Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə yeni səlahiyyət verilib Ölkə daxili 20/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə yeni səlahiyyət verilib. Banker.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən göstərilən xidmətlərin tariflərinin tənzimlənməsinin təkmilləşdirilməsi və “Feldyeger rabitəsi haqqında” qanunun tətbiq edilməsi barədə” fərmanında dəyişiklik edib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Fərmana əsasən, Dövlət Xidməti İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyinin rəyi nəzərə alınmaqla göstərdiyi xidmətlər üçün yeni tarifləri təsdiq edəcək. Bu müddətdə Dövlət Xidmətinin göstərdiyi xidmətlər üçün mövcud tariflər öz hüquqi qüvvəsini saxlayacaq. Eyni zamanda, bu səlahiyyət Tarif (qiymət) Şurasından alınaraq Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə verilib. Dövlət Xidməti göstərdiyi xidmətlərin tariflərini dörd ay müddətində təsdiqləyib Azərbaycan Prezidentinə məlumat verməlidir. Son xəbərlər Ümumi iqtisadi xəbərlər DSK: Əhalinin orta aylıq gəlirləri 8.8%, qiymətlər isə 5.5% artıb 20/05/2026 Ölkə xarici Bloomberg: NATO Hörmüz boğazında gəmilərin müşayiət olunmasını müzakirə edir 20/05/2026 Ölkə xarici Avropa Komissiyası Ukraynaya 3,2 mlrd. avronun ayrılması ilə bağlı danışıqları başa çatdırıb 20/05/2026 Ölkə daxili “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsin əməkdaşları “Tərəqqi” medalı ilə təltif ediliblər 20/05/2026 Digər xəbərlər Ümumi iqtisadi xəbərlər DSK: Əhalinin orta aylıq gəlirləri 8.8%, qiymətlər isə 5.5% artıb 20/05/2026 Ölkə xarici Bloomberg: NATO Hörmüz boğazında gəmilərin müşayiət olunmasını müzakirə edir 20/05/2026 Ölkə xarici Avropa Komissiyası Ukraynaya 3,2 mlrd. avronun ayrılması ilə bağlı danışıqları başa çatdırıb 20/05/2026 Ölkə daxili “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsin əməkdaşları “Tərəqqi” medalı ilə təltif ediliblər 20/05/2026