Bloomberg: NATO Hörmüz boğazında gəmilərin müşayiət olunmasını müzakirə edir Ölkə xarici 20/05/2026 Paylaş FacebookXWhatsAppTelegram “Bloomberg” agentliyinin mənbələrə istinadən verdiyi məlumata görə, NATO daxilində alyansın hərbi gəmilərinin Hörmüz boğazında kommersiya gəmələrinin müşayiəti proqramında mümkün iştirakı müzakirə olunur. Əgər su dəhlizi iyulun əvvəlinədək açılmasa, qərar qəbul edilə bilər. Agentliyin həmsöhbətlərinin sözlərinə görə, “ideya NATO-nun bir neçə üzvü tərəfindən dəstəklənir, lakin hələlik lazımi yekdil təsdiqi almayıb”. Məqalədə qeyd olunur ki, İran son vaxtlar boğazdakı gəmilərə atəş açılmasını intensivləşdirib. NATO-nun belə əməliyyatda iştirakı barədə qərar isə “müharibəyə doğru atılmış addım” kimi qiymətləndirilir.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə İndiyədək alyans üzvləri ardıcıl olaraq müdaxilə etməmək mövqeyini qoruyub və yalnız münaqişənin nizamlanması səyləri çərçivəsində iştirak etməyə hazır olduqlarını vurğulayıblar. “Bloomberg” mənbələri bildirir ki, Hindistan hakimiyyəti hazırda ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətində olan və İran hücumlarına məruz qalmaqda davam edən Hörmüz boğazının blokadasını “yarmağa” cəhd edə bilər. İddia olunur ki, Hindistan hökuməti artıq ənənəvi Yaxın Şərq təchizatçılarından enerji daşıyıcılarının alınması planını tam razılaşdırıb və gəmi sahibləri yalnız hakimiyyətin yekun qərarını gözləyirlər. TaglarHörmüz boğazıNATO Son xəbərlər Ümumi iqtisadi xəbərlər DSK: Əhalinin orta aylıq gəlirləri 8.8%, qiymətlər isə 5.5% artıb 20/05/2026 Ölkə daxili Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə yeni səlahiyyət verilib 20/05/2026 Ölkə xarici Avropa Komissiyası Ukraynaya 3,2 mlrd. avronun ayrılması ilə bağlı danışıqları başa çatdırıb 20/05/2026 Ölkə daxili “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsin əməkdaşları “Tərəqqi” medalı ilə təltif ediliblər 20/05/2026 Digər xəbərlər Ümumi iqtisadi xəbərlər DSK: Əhalinin orta aylıq gəlirləri 8.8%, qiymətlər isə 5.5% artıb 20/05/2026 Ölkə daxili Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə yeni səlahiyyət verilib 20/05/2026 Ölkə xarici Avropa Komissiyası Ukraynaya 3,2 mlrd. avronun ayrılması ilə bağlı danışıqları başa çatdırıb 20/05/2026 Ölkə daxili “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsin əməkdaşları “Tərəqqi” medalı ilə təltif ediliblər 20/05/2026