“WhatsApp”da yeni funksiya — Mesajlar oxunduqdan dərhal sonra silinəcək Texnologiya xəbərləri 20/05/2026 Paylaş FacebookXWhatsAppTelegram “WhatsApp” messenceri oxunduqdan sonra yox olan mesajlar funksiyasını işə salmağa hazırlaşır. “WABetaInfo” resursunun məlumatına görə, messencerin TestFlight platformasında yayımlanan son beta versiyasında istifadəçilərə mesajların alıcı tərəfindən oxunduqdan sonra avtomatik silinməsini tənzimləməyə imkan verən “Oxunduqdan sonra” adlı yeni rejim əlavə edilib. İstifadəçilər mesaj taymerini qurarkən mesajların oxunduqdan sonra yox olmasını seçə bilərlər. Oxunmamış mesajlar isə standart olaraq 24 saatdan sonra silinəcək. Bu seçim aktivləşdirildikdə istifadəçilər mesajların alıcı tərəfindən oxunduqdan sonra 5 dəqiqə, 1 saat və ya 12 saat ərzində silinməsini də təyin edə bilərlər.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Qeyd olunur ki, “Oxunduqdan sonra” funksiyası hazırda da “WhatsApp”ın “Standart mesaj taymeri” ayarlarında görünür, lakin hazırkı vaxt seçimləri 24 saat, 7 gün və 90 gündür. “WABetaInfo” bildirib ki, funksiya artıq bəzi beta-testerlər üçün əlçatandır. Eyni zamanda, “App Store”dakı versiyada da məhdud sayda istifadəçi bu funksiyanı sınaqdan keçirə bilir. “WhatsApp” qeyd edib ki, yox olan mesajlar funksiyası həm ayrıca çatlar, həm də qruplar üçün aktivləşdirilə bilər. Bu, əlavə məxfilik ayarı olmaqla yanaşı, cihaz yaddaşına qənaət etməyə də imkan verəcək. TagsWhatsApp Oxşar xəbərlər Bakı-Tbilisi-Bakı sərnişin qatarı üzrə biletlərin qiyməti açıqlandı Əsas məlumatlar 20/05/2026 Bakı-Tbilisi-Bakı sərnişin qatarı üzrə birtərəfli biletin qiyməti 81 manatdan başlayacaq. Bu barədə Banker.az Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib. Məlumata görə, marşrut üzrə səfərlər müasir "Stadler"... Daha çox Bakıdan Tbilisiyə qatarla 81 manata getmək mümkün olacaq Digər xəbərlər 20/05/2026 Bakı-Tbilisi-Bakı sərnişin qatarı üzrə birtərəfli biletin qiyməti 81 manatdan başlayacaq. Bu barədə Banker.az Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib. Məlumata görə, marşrut üzrə səfərlər müasir "Stadler"... Daha çox Magistraturaya qəbul imtahanının nəticələri elan olunub Təhsil 20/05/2026 Magistraturaya qəbul imtahanının qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlar üzrə nəticələri elan olunub. Daha çox Azərbaycan vətəndaşlarının dəmiryol nəqliyyatı vasitəsilə Gürcüstana giriş-çıxışına icazə verilib Ölkə daxili 20/05/2026 2026-cı il 25 may saat 00:00-dan dəmiryol nəqliyyatı vasitəsilə Azərbaycan Respublikası vətəndaşlarının və Azərbaycana vizasız gəlmə hüququ olan bütün xarici ölkə vətəndaşlarının Azərbaycan Respublikası... Daha çox Ölkə üzrə mayın pensiya ödənişləri yekunlaşdırılıb Ölkə daxili 20/05/2026 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən respublika üzrə may ayının pensiya ödənişləri yekunlaşdırılıb. Bu barədə Nazirlikdən məlumat verilib. Bildirilib ki,... Daha çox Daha çox yüklə