Avropa Komissiyası və Ukrayna 90 mlrd. avroluq kredit üçün memorandum imzalayıblar Ölkə xarici 20/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Avropa Komissiyası və Ukrayna “makromaliyyə yardımı üzrə qarşılıqlı anlaşma memorandumu” imzalayıblar. Sənəd Kiyevə sonradan 90 milyard avro həcmində kredit ayrılmasını nəzərdə tutur. Bu barədə Avropa komissarı Valdis Dombrovskis məlumat verib. İlk tranşın iyun ayında ayrılması planlaşdırılır. “Bu dəstək Ukraynanın iqtisadi dayanıqlığını gücləndirəcək, daxili gəlirləri artıracaq və korrupsiyaya qarşı mübarizəni gücləndirəcək”, — deyə diplomat “X” sosial şəbəkəsində yazıb.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Avropa İttifaqı aprelin sonunda Ukraynaya Avropa büdcəsinin zəmanəti altında 90 milyard avro kredit ayrılmasını təsdiqləyib. Bu vəsaitin 60 milyard avrosu hərbi satınalmalara, 30 milyard avrosu isə büdcə dəstəyinə yönəldiləcək. Maliyyə 2026–2027-ci illər üçün nəzərdə tutulub. Vəsaiti əldə etmək üçün Ukrayna üç sənəd imzalamalıdır. Onlardan biri Ukraynanın öhdəlikləri və islahatları əsasında hazırlanan makromaliyyə yardımı proqramıdır. TaglarAvropa KomissiyasıUkrayna Son xəbərlər İnvestisiya “Nvidia” son 16 ay ərzində 145 şirkətə $90 milyard investisiya qoyub 20/05/2026 Ölkə xarici Qlobal düyü qiymətləri son bir ilin ən yüksək səviyyəsinə çatıb 20/05/2026 Bank xəbərləri “Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir 20/05/2026 Yerli biznes xəbərləri Xocavənd, Ağdərə və Xocalıda işıqlandırma işlərinə 15 milyon manat xərclənəcək 20/05/2026 Digər xəbərlər İnvestisiya “Nvidia” son 16 ay ərzində 145 şirkətə $90 milyard investisiya qoyub 20/05/2026 Ölkə xarici Qlobal düyü qiymətləri son bir ilin ən yüksək səviyyəsinə çatıb 20/05/2026 Bank xəbərləri “Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir 20/05/2026 Yerli biznes xəbərləri Xocavənd, Ağdərə və Xocalıda işıqlandırma işlərinə 15 milyon manat xərclənəcək 20/05/2026