“Nvidia” son 16 ay ərzində 145 şirkətə $90 milyard investisiya qoyub İnvestisiya 20/05/2026 Paylaş FacebookXWhatsAppTelegram “Financial Times” qəzetinin şirkət sənədləri və “PitchBook” məlumatlarına istinadən verdiyi məlumata görə, “Nvidia” 2026-cı maliyyə ilində — 25 yanvar 2026-da başa çatan dövrdə — müxtəlif tərəfdaşlıqlara 47 milyard dollar investisiya yatırıb. Sonrakı dörd ay ərzində şirkət daha 43 milyard dollar sərmayə qoyub. “Nvidia” süni intellekt modelləri hazırlayan şirkətlərdən tutmuş bulud provayderlərinədək təxminən 145 şirkətə investisiya edib və texnologiya sektorunda “ən aqressiv” investor adlandırılıb. FT-nin sorğu keçirdiyi bankirlərdən biri bildirib ki, şirkət “hamını maliyyələşdirir”.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə “Nvidia”nın strategiyası sənayenin böyük hissəsini şirkətin texnologiya və məhsullarına daha sıx bağlayır, lakin eyni zamanda maliyyə və tənzimləmə risklərini artırır. Nəşr vurğulayır ki, “Nvidia”nın sövdələşmələri ABŞ, Aİ və Böyük Britaniyanın antimonopoliya tənzimləyicilərinin diqqətini cəlb edib. 2026-cı maliyyə ilində “Nvidia” investisiyalara əməliyyat pul axınının təxminən 40%-ni yönəldib ki, bu da rəqiblərlə müqayisədə “xeyli çoxdur”. Məsələn, texnologiya sahəsinin ən böyük investorlarından biri olan “Alphabet” ənənəvi olaraq illik əməliyyat pul axınının 6%-dən çoxunu investisiyalara ayırmır. Bundan əlavə, “Nvidia” tədarük zəncirlərinə və istehsal güclərinə əlavə olaraq 95 milyard dollar investisiya yatırmağı öhdəsinə götürüb. 2025-ci ilin oktyabrında “Nvidia” bazar dəyəri 5 trilyon dolları keçən dünyada ilk şirkət olmuşdu. 2026-cı il mayın 20-nə olan məlumata görə, çip istehsalçısının kapitallaşması 5,34 trilyon dollar təşkil edir. TaglarNvidia Son xəbərlər Ölkə xarici İran ABŞ hücum etdiyi təqdirdə Yaxın Şərqdən kənara da zərbələr endirəcəyi ilə hədələyib 20/05/2026 Ümumi iqtisadi xəbərlər Azərbaycanın siqaret istehsalçısının ixracı kəskin artıb: Üç aya $11.4 milyonluq gəlir 20/05/2026 Ölkə xarici Qlobal düyü qiymətləri son bir ilin ən yüksək səviyyəsinə çatıb 20/05/2026 Bank xəbərləri “Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir 20/05/2026 Digər xəbərlər Ölkə xarici İran ABŞ hücum etdiyi təqdirdə Yaxın Şərqdən kənara da zərbələr endirəcəyi ilə hədələyib 20/05/2026 Ümumi iqtisadi xəbərlər Azərbaycanın siqaret istehsalçısının ixracı kəskin artıb: Üç aya $11.4 milyonluq gəlir 20/05/2026 Ölkə xarici Qlobal düyü qiymətləri son bir ilin ən yüksək səviyyəsinə çatıb 20/05/2026 Bank xəbərləri “Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir 20/05/2026