Hacıqabul gölünə su kanalı çəkiləcək Ölkə daxili 20/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Bir zamanlar köçəri quşların, ovçuların və turistlərin ən çox üz tutduğu Hacıqabul gölü indi demək olar ki, tamamilə quruyub. İllərdir ki, göl su ilə qidalanmır. Su çatışmazlığı nəticəsində göldə balıqlar və digər canlılar demək olar ki, yoxa çıxıb və su quşları bu ərazini tərk edib. İndi burada yalnız qurumuş torpaq və susuzluğun yaratdığı mənzərə qalıb.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Hazırda gölün yenidən su ilə təmin edilməsi istiqamətində addımlar atılır. Ekoloqlar bildirirlər ki, gölün xilası mümkündür. Bunun üçün əsas məsələ Kür çayından Hacıqabul gölünə yenidən suyun verilməsidir. Məsələ ilə bağlı Hacıqabul Su Meliorasiya Sistemləri İstismarı İdarəsindən bildirilib ki, ölkənin ikinci ən böyük suvarma sistemi olan Şirvan suvarma kanalında yenidənqurma işlərinə başlanılıb. Kanal istifadəyə veriləndən sonra gölə su axıdılacaq. Xatırladaq ki, vaxtilə 16.5 kvadrat kilometrlik ərazini əhatə edən göldə hər il 20 minə yaxın quş qışlayırdı. İndi isə həmin quşların nə səsi gəlir, nə də izi görünür. Ümid edək ki, bir vaxtlar canlı təbiətin ünvanı olan Hacıqabul gölü yenidən həyata qaytarılacaq. MənbəXezerxeber.az TaglarHacıqabul gölüHacıqabul Su Meliorasiya Sistemləri İstismarı İdarəsi Son xəbərlər Nəqliyyat Bakı-Tbilisi qatarında sərhəd və gömrük prosedurları necə olacaq? – Açıqlama 20/05/2026 Ölkə daxili Azərbaycand korrupsiya ilə bağlı qanunlara yeni dəyişikliklər edilir 20/05/2026 Ölkə daxili Panama Azərbaycanın mənzil tikintisi sahəsində təcrübəsini öyrənəcək 20/05/2026 Yerli biznes xəbərləri Bakıda park və səkilərin təmirinə 10 milyon manat ayrılır 20/05/2026 Digər xəbərlər Nəqliyyat Bakı-Tbilisi qatarında sərhəd və gömrük prosedurları necə olacaq? – Açıqlama 20/05/2026 Ölkə daxili Azərbaycand korrupsiya ilə bağlı qanunlara yeni dəyişikliklər edilir 20/05/2026 Ölkə daxili Panama Azərbaycanın mənzil tikintisi sahəsində təcrübəsini öyrənəcək 20/05/2026 Yerli biznes xəbərləri Bakıda park və səkilərin təmirinə 10 milyon manat ayrılır 20/05/2026