Azərbaycand korrupsiya ilə bağlı qanunlara yeni dəyişikliklər edilir Ölkə daxili 20/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Azərbaycanda korrupsiyaya qarşı mübarizə ilə bağlı bir sıra qanunlara dəyişiklik edilməsi təklif olunur. Məsələ Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirə edilib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Dəyişikliklər “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna edilən son dəyişikliklərin icrası məqsədilə hazırlanıb. Layihəyə əsasən, korrupsiya ilə bağlı məlumat verən şəxslərin hüquqlarının qorunması istiqamətində yeni mexanizmlər tətbiq ediləcək. Belə ki, Əmək Məcəlləsinə təklif edilən dəyişikliklərə əsasən, korrupsiya ilə bağlı məlumat vermiş şəxslərlə bağlı attestasiya prosesində səlahiyyətli struktur bölmə və ya məsul şəxs birbaşa və ya dolayı yolla iştirak etməməlidir. Bundan başqa, həmin şəxslərə qarşı qisas məqsədilə intizam tədbirlərinin tətbiq olunmadığını sübut etmək öhdəliyi işəgötürənin üzərinə düşəcək. Dəyişikliklər “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” və “Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında” qanunları da əhatə edir. Təklif olunan yeniliklərə görə, dövlət və bələdiyyə qulluqçularına qanunsuz hədiyyə və ya imtiyaz təqdim olunarsa, bu barədə birbaşa rəhbərə deyil, “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunda nəzərdə tutulmuş səlahiyyətli struktur bölməyə məlumat verilməlidir. Həmçinin hədiyyələrin qəbul olunması və maraqlar toqquşması ilə bağlı qərarsızlıq yaranarsa, qulluqçular müvafiq səlahiyyətli struktur bölmənin rəyinə müraciət etməli olacaqlar. Sənədin arayış hissəsində bildirilir ki, dəyişikliklər “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq hazırlanıb və əsas məqsəd qanunvericiliyin təkmilləşdirilməsidir. MənbəMODERN.AZ TaglarKorrupsiyaKorrupsiyaya qarşı mübarizə haqqında qanun Son xəbərlər Ölkə daxili Hacıqabul gölünə su kanalı çəkiləcək 20/05/2026 Nəqliyyat Bakı-Tbilisi qatarında sərhəd və gömrük prosedurları necə olacaq? – Açıqlama 20/05/2026 Ölkə daxili Panama Azərbaycanın mənzil tikintisi sahəsində təcrübəsini öyrənəcək 20/05/2026 Yerli biznes xəbərləri Bakıda park və səkilərin təmirinə 10 milyon manat ayrılır 20/05/2026 Digər xəbərlər Ölkə daxili Hacıqabul gölünə su kanalı çəkiləcək 20/05/2026 Nəqliyyat Bakı-Tbilisi qatarında sərhəd və gömrük prosedurları necə olacaq? – Açıqlama 20/05/2026 Ölkə daxili Panama Azərbaycanın mənzil tikintisi sahəsində təcrübəsini öyrənəcək 20/05/2026 Yerli biznes xəbərləri Bakıda park və səkilərin təmirinə 10 milyon manat ayrılır 20/05/2026