Panama Azərbaycanın mənzil tikintisi sahəsində təcrübəsini öyrənəcək Ölkə daxili 20/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Panama Azərbaycanın mənzil tikintisi sahəsində təcrübəsini öyrənməyi planlaşdırır. Bu barədə Panamanın mənzil tikintisi və ərazi planlaşdırılması naziri Xayme Xovane Kastilyo bildirib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə O vurğulayıb ki, Panama nümayəndə heyətinin Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirakının əsas məqsədi digər ölkələrlə praktik təcrübə mübadiləsi aparmaqdan və şəhər inkişafı, eləcə də mənzil tikintisi sahəsində uğurlu yanaşmaları öyrənməkdən ibarətdir. “Bəli, biz Panamadan təcrübələri bölüşmək və burada təmsil olunan digər ölkələrin malik olduqları təcrübələri əldə etmək üçün gəlmişik. Etiraf edək ki, hansı qitədə, okean və ya dənizdə olmağımızdan asılı olmayaraq problemlər eynidir. Dayanıqlı mənzil tikintisi sahəsində həll yollarına olan ehtiyac əsas məsələlərdən biridir. Mənzilin sadəcə tikinti obyekti deyil, imkanlar yaradan, aidiyyət hissi formalaşdıran və icmaları birləşdirən bir evə çevrilməsinə necə nail ola bilmək maraqlıdır. Azərbaycanın buna necə nail olduğunu öyrənə bilərik. Məqsəd ölkələri daha güclü edən icmaları bərpa etmək və möhkəmləndirməkdir”, – o qeyd edib. MənbəREPORT Taglarmənzil tikintisiPanama Son xəbərlər Ölkə daxili Hacıqabul gölünə su kanalı çəkiləcək 20/05/2026 Nəqliyyat Bakı-Tbilisi qatarında sərhəd və gömrük prosedurları necə olacaq? – Açıqlama 20/05/2026 Ölkə daxili Azərbaycand korrupsiya ilə bağlı qanunlara yeni dəyişikliklər edilir 20/05/2026 Yerli biznes xəbərləri Bakıda park və səkilərin təmirinə 10 milyon manat ayrılır 20/05/2026 Digər xəbərlər Ölkə daxili Hacıqabul gölünə su kanalı çəkiləcək 20/05/2026 Nəqliyyat Bakı-Tbilisi qatarında sərhəd və gömrük prosedurları necə olacaq? – Açıqlama 20/05/2026 Ölkə daxili Azərbaycand korrupsiya ilə bağlı qanunlara yeni dəyişikliklər edilir 20/05/2026 Yerli biznes xəbərləri Bakıda park və səkilərin təmirinə 10 milyon manat ayrılır 20/05/2026