Bakıda üç gölün tullantılardan təmizlənməsinə başlanılacaq Ölkə daxili 20/05/2026 Paylaş FacebookXWhatsAppTelegram “Bakıda üç gölün tullantılardan təmizlənməsinə başlanılacaq”. Bu barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Xarici maliyyə institutları və investisiya fondları ilə iş üzrə departamentində Beynəlxalq investisiya fondları və donorlarla əməkdaşlıq şöbəsinin müdiri Günel Quliyeva WUF13 çərçivəsində Azərbaycan pavilyonunda keçirilən “Plastik çirklənmə ilə mübarizə: Yaşamaq üçün əlverişli şəhərlərin və dövri iqtisadiyyatın təşviqi” adlı tədbirdə deyib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə O bildirib ki, İqtisadiyyat Nazirliyi və Dünya Bankı arasında yeni layihələrin icrası planlaşdırılır: “2025-ci ildə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi olaraq Dünya Bank ilə birgə həyata keçirilən Bakı qrant layihəsinin təşkilini təmin etmişik. Layihənin əsas məqsədi şəhər idarəçiliyinin dəstəklənməsi, ictimai xidmətlərin inkişafı və yaşıl iqtisadi fəaliyyətlərin həyata keçirilməsi istiqamətində texnologiyaların tətbiqidir. Qrant layihəsi çərçivəsində növbəti mərhələdə Dünya Bankı ilə yeni layihələrin icrası planlaşdırılır və hazırda bu istiqamətdə işlər davam etdirilir. Layihənin əsas komponentlərindən biri Bakı ətrafındakı üç gölün – Böyükşor, Zığ və Xocəsən göllərinin təmizlənməsidir”. MənbəOXU.AZ TaglarBöyükşorgölXocəsənZiG Son xəbərlər Nəqliyyat Rayonlara qatarla getmək istəyənlərin nəzərinə – Gecə reysləri açılır 20/05/2026 Ölkə daxili Hacıqabul gölünə su kanalı çəkiləcək 20/05/2026 Nəqliyyat Bakı-Tbilisi qatarında sərhəd və gömrük prosedurları necə olacaq? – Açıqlama 20/05/2026 Ölkə daxili Azərbaycand korrupsiya ilə bağlı qanunlara yeni dəyişikliklər edilir 20/05/2026 Digər xəbərlər Nəqliyyat Rayonlara qatarla getmək istəyənlərin nəzərinə – Gecə reysləri açılır 20/05/2026 Ölkə daxili Hacıqabul gölünə su kanalı çəkiləcək 20/05/2026 Nəqliyyat Bakı-Tbilisi qatarında sərhəd və gömrük prosedurları necə olacaq? – Açıqlama 20/05/2026 Ölkə daxili Azərbaycand korrupsiya ilə bağlı qanunlara yeni dəyişikliklər edilir 20/05/2026