Ərdoğanla Tramp arasında telefon danışığı olub Ölkə xarici 20/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Bildirilib ki, liderlər telefon danışığı zamanı Türkiyə-ABŞ ikitərəfli münasibətlərini, həmçinin regional və qlobal məsələləri müzakirə ediblər. Ərdoğan regiondakı münaqişə prosesində atəşkəsin uzadılması qərarını müsbət addım kimi qiymətləndirdiyini bildirib. Türkiyə lideri mübahisəli məsələlərdə məntiqli həllin mümkün olduğuna inandığını və irəli sürülən konstruktiv təşəbbüslərə dəstəyin davam edəcəyini vurğulayıb. Türkiyə Prezidenti qeyd edib ki, Suriyada sabitliyin təmin olunması bütün region üçün mühüm əhəmiyyət daşıyır və Ankaranın Suriyaya dəstəyi fasiləsiz davam edəcək. Ərdoğan, həmçinin bir neçə gün əvvəl ABŞ-ın San Dieqo şəhərində yerləşən məscidə edilən hücumla bağlı Donald Trampa başsağlığı verib. O, Türkiyənin hansı dini qrupa qarşı yönəlməsindən asılı olmayaraq bütün nifrət cinayətlərinə qarşı olduğunu bildirib. MənbəAPA TaglarABŞ-TürkiyəDonald TrampRəcəb Tayyib Ərdoğan Son xəbərlər Menecement (təyinatlar) İcra başçısına yeni müavin təyin olundu 20/05/2026 Ölkə xarici Tramp 2032-ci ilə qədər prezident qalmaq istəyir 20/05/2026 Ölkə daxili Bakıda üç gölün tullantılardan təmizlənməsinə başlanılacaq 20/05/2026 Nəqliyyat Rayonlara qatarla getmək istəyənlərin nəzərinə – Gecə reysləri açılır 20/05/2026 Digər xəbərlər Menecement (təyinatlar) İcra başçısına yeni müavin təyin olundu 20/05/2026 Ölkə xarici Tramp 2032-ci ilə qədər prezident qalmaq istəyir 20/05/2026 Ölkə daxili Bakıda üç gölün tullantılardan təmizlənməsinə başlanılacaq 20/05/2026 Nəqliyyat Rayonlara qatarla getmək istəyənlərin nəzərinə – Gecə reysləri açılır 20/05/2026