Nyu-York, 21 may. /TASS/. ABŞ Mərkəzi Komandanlığının (Yaxın Şərq, Mərkəzi Asiya və Şərqi Afrikanı əhatə edir) məsuliyyət zonasında fəaliyyət göstərən iki ABŞ esminesi lazer sistemləri ilə təchiz edilib. Bu barədə The War Zone portalı məlumat yayıb. Portal qeyd edir ki, USS Spruance esminesi Abraham Lincoln aviadaşıyıcı zərbə qrupunun tərkibindədir, USS John Finn esminesi isə Hind okeanında döyüş növbətçiliyindədir. Hər iki gəmi pilotsuz uçuş aparatlarını çaşdırmaq, gəmilərin, sualtı qayıqların, idarə olunan təyyarələrin və pilotsuz uçuş aparatlarının kameralarını və sensorlarını sıradan çıxarmaq üçün nəzərdə tutulmuş ODIN lazer sistemi ilə təchiz olunub. Portalın məlumatına görə, ABŞ Hərbi Dəniz Qüvvələri ümumilikdə doqquz gəmidə yönəldilmiş enerji silahları yerləşdirib.