“AzerGold” QSC-nin İdarə Heyətinin sədri ilə Esvatini Kralı arasında görüş keçirilib Yerli biznes xəbərləri 21/05/2026 Paylaş FacebookXWhatsAppTelegram ®Mayın 20-də ölkəmizdə səfərdə olan Esvati Kralı Əlahəzrət III Msvatini ilə “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov arasında görüş keçirilib. Görüş çərçivəsində Azərbaycan ilə Esvatini Krallığı arasında münasibətlərin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb. Xüsusilə dağ-mədən sənayesində əməkdaşlıq imkanları, geoloji kəşfiyyat və qiymətləndirmə sahəsində qabaqcıl təcrübənin tətbiqi, həmçinin potensial birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Nümayəndə heyətləri mineral ehtiyatların kəşfiyyatı, mədənlərin işlənməsi və emal zənciri üzrə əlavə dəyərin yaradılması, eləcə də mineral ehtiyatların xəritələşdirilməsi istiqamətində əməkdaşlıq imkanlarını nəzərdən keçiriblər. Görüşdə dağ-mədən sahəsi üzrə əlaqələrin genişləndirilməsi və təcrübə mübadiləsinin gücləndirilməsinin hər iki ölkə üçün faydalı olacağı qeyd edilib. TaglarAzerGold Son xəbərlər Bank xəbərləri ABB yeni şirkət yaradır – Şirkətin fəaliyyət istiqamətləri açıqlandı 21/05/2026 Bank xəbərləri Kapital Bank dünyaca məşhur “Federated Hermes Limited” şirkəti ilə əməkdaşlığa başladı 21/05/2026 Ümumi iqtisadi xəbərlər Azərbaycanda ən yüksək və ən aşağı pensiya alan rayonlar – SİYAHI 21/05/2026 Telekommunikasiya GiqaAddım: Aktiv həyat tərzinə yeni motivasiya 21/05/2026 Digər xəbərlər Bank xəbərləri ABB yeni şirkət yaradır – Şirkətin fəaliyyət istiqamətləri açıqlandı 21/05/2026 Bank xəbərləri Kapital Bank dünyaca məşhur “Federated Hermes Limited” şirkəti ilə əməkdaşlığa başladı 21/05/2026 Ümumi iqtisadi xəbərlər Azərbaycanda ən yüksək və ən aşağı pensiya alan rayonlar – SİYAHI 21/05/2026 Telekommunikasiya GiqaAddım: Aktiv həyat tərzinə yeni motivasiya 21/05/2026