Azərbaycan ilə Esvatini Krallığı arasında dağ-mədən sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb Yerli biznes xəbərləri 21/05/2026 Paylaş FacebookXWhatsAppTelegram ®Mayın 20-də Azərbaycan Respublikası və Esvatini krallığı arasında dağ-mədən sənayesinin inkişafını təşviq edəcək əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənəd Azərbaycan Respublikası tərəfindən “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyətinin sədri Zakir İbrahimov və Esvatini Krallığının təmsilçisi qismində Təbii sərvətlər və Energetika naziri, şahzadə, Zati-aliləri Lonkhokhela tərəfindən imzalanıb.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə İkitərəfli əməkdaşlığa dair sənəd dağ-mədən sənayesinin inkişafı, geoloji kəşfiyyat, texniki əməkdaşlıq və investisiya imkanları kimi istiqamətləri əhatə edir və iki tərəf üçün də yeni imkanlar yaradır. Memoranduma əsasən, “AzerGold” QSC və Esvatini Krallığının Təbii Sərvətlər və Energetika Nazirliyi geoloji, kommersiya və normativ məlumatların mübadiləsi, geoloji kəşfiyyat işləri, laboratoriya sınaqları, mineral resursların qiymətləndirilməsi, eləcə də texniki-iqtisadi əsaslandırma tədqiqatlarının həyata keçirilməsi sahələrində əməkdaşlıq edəcəklər. Bununla yanaşı, Memorandum çərçivəsində tərəflər mümkün birgə layihələrin, investisiya modellərinin və xidmət müqavilələrinin nəzərdən keçirilməsi istiqamətində fəaliyyət göstərəcəklər. Sənədə uyğun olaraq birgə işçi qruplarının yaradılması, qarşılıqlı sahə səfərlərinin təşkili, məlumat və təcrübə mübadiləsinin aparılması, yeni biznes əlaqələrinin qurulması imkanlarının araşdırılması, eləcə də konfrans, seminar və digər birgə tədbirlərin təşkili nəzərdə tutulur. İmzalanan Memorandum iki ölkə arasında əməkdaşlığın dərinləşdirilməsinə və dağ-mədən sektorunda uzunmüddətli tərəfdaşlığın inkişafına xidmət edəcək. TaglarAzerGoldAzərbaycanEsvatini Son xəbərlər Bank xəbərləri ABB yeni şirkət yaradır – Şirkətin fəaliyyət istiqamətləri açıqlandı 21/05/2026 Bank xəbərləri Kapital Bank dünyaca məşhur “Federated Hermes Limited” şirkəti ilə əməkdaşlığa başladı 21/05/2026 Ümumi iqtisadi xəbərlər Azərbaycanda ən yüksək və ən aşağı pensiya alan rayonlar – SİYAHI 21/05/2026 Telekommunikasiya GiqaAddım: Aktiv həyat tərzinə yeni motivasiya 21/05/2026 Digər xəbərlər Bank xəbərləri ABB yeni şirkət yaradır – Şirkətin fəaliyyət istiqamətləri açıqlandı 21/05/2026 Bank xəbərləri Kapital Bank dünyaca məşhur “Federated Hermes Limited” şirkəti ilə əməkdaşlığa başladı 21/05/2026 Ümumi iqtisadi xəbərlər Azərbaycanda ən yüksək və ən aşağı pensiya alan rayonlar – SİYAHI 21/05/2026 Telekommunikasiya GiqaAddım: Aktiv həyat tərzinə yeni motivasiya 21/05/2026