ABB şahmat çempionatının qalibi oldu! Bank xəbərləri 21/05/2026 Paylaş FacebookXWhatsAppTelegram ®Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Azərbaycan Banklar Assosiasiyasının (ABA) və Azərbaycan Şahmat Federasiyasının keçirdiyi banklararası şahmat çempionatı başa çatıb. 2016-cı ildən bəri artıq 9-cu dəfə keçirilən çempionatda bu il 13 bankdan 50-yə yaxın nümayəndə yarışıb. ABB-ni bu yarışda Maliyyə monitorinqi və komplayns departamentinin direktor müavini Rauf Hacılı, Risk həlləri sahəsinin rəhbəri Rəsul Mənsimli, Fiziki kanallar və əməliyyat sahəsinin aparıcı proqramçısı Rəsul Əfəndiyev, Korporativ və KOS məhsullar sahəsinin proqramçısı Mehdi Məmmədov təmsil edib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Komanda hesabında ABB bu il də çempionatın qalibi olub, növbəti 2-ci və 3-cü yerlərdə müvafiq olaraq Yelo Bank və Ziraat Bank qərarlaşıb. Şəxsi hesabda isə ABB-nin Maliyyə monitorinqi və komplayns departamentinin direktor müavini Rauf Hacılı birinci yerə çıxıb. 2-ci yeri ABB-nin Risk həlləri sahəsinin rəhbəri Rəsul Mənsimli qazanıb. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür TaglarABB (Azərbaycan Beynəlxalq Bankı) Son xəbərlər Neft və Qaz Avropa Komissiyası Brent markalı neft üzrə qiymət proqnozunu 91,2 dollara yüksəldib 21/05/2026 Ölkə daxili Emmanuel Makron İlham Əliyevə zəng vurub 21/05/2026 Bank xəbərləri Yelo Bank-dan 0% komissiya ilə qızıl təminatlı kredit! 21/05/2026 Nəqliyyat Bakıda tramvay xətləri bu tarixdə istifadəyə veriləcək 21/05/2026 Digər xəbərlər Neft və Qaz Avropa Komissiyası Brent markalı neft üzrə qiymət proqnozunu 91,2 dollara yüksəldib 21/05/2026 Ölkə daxili Emmanuel Makron İlham Əliyevə zəng vurub 21/05/2026 Bank xəbərləri Yelo Bank-dan 0% komissiya ilə qızıl təminatlı kredit! 21/05/2026 Nəqliyyat Bakıda tramvay xətləri bu tarixdə istifadəyə veriləcək 21/05/2026