Baş İdarə rəisi: Bakının Baş Planında əsas məsələ tıxacın azaldılmasıdır Ölkə daxili 21/05/2026 Paylaş FacebookXWhatsAppTelegram “Bakının Baş Planında əsas məsələ tıxacın azaldılmasıdır”. Banker.az xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən Bakı şəhərinin Baş Planına həsr olunmuş tədbirdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Riad Qasımov deyib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə O bildirib ki, məqsəd dayanıqlı şəhərsalma infrastrukturunun qurulmasıdır: “Digər məsələ tarixi və mədəni abidələrin qorunmasıdır. Bizim üçün prioritet inteqrasiya olunmuş və səmərəli mobillikdir. Müasir şəhər yaxşı əlaqələndirilmiş və davamlı nəqliyyat sistemi olmadan effektiv fəaliyyət göstərə bilməz. Baş Plan ictimai nəqliyyata, multimodal əlaqəliliyə, tıxacın azaldılmasına və yaşayış, kommersiya və istirahət zonaları arasında daha yaxşı inteqrasiyaya üstünlük verir. Məqsədimiz yalnız mobilliyi yaxşılaşdırmaq deyil, həm də insanların daha az vaxtını yolda keçirdiyi şəhər strukturu yaratmaqdır”. Riad Qasımov tarixi və mədəni kimliyin qorunması sahəsində görülən işlərdən də danışıb: “Bakı əsrlərin tarixini və mədəniyyətlərarası mübadiləni əks etdirən unikal memarlıq və mədəni irsə malik şəhərdir. Şəhəri modernləşdirərkən onun kimliyinin qorunması əsas məsuliyyətlərimizdən biri olaraq qalır. Buna görə Baş Plan müasir şəhər inkişafı ilə irs mühafizəsi arasında harmoniya yaratmağı, tarixi memarlığı qorumaqla yanaşı innovativ və davamlı inkişafı təmin etməyi hədəfləyir” MənbəAPA TaglarBakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsiBakının Baş PlanıDövlət Şəhərsalma və Arxitektura Komitəsitıxac Son xəbərlər Neft və Qaz Avropa Komissiyası Brent markalı neft üzrə qiymət proqnozunu 91,2 dollara yüksəldib 21/05/2026 Ölkə daxili Emmanuel Makron İlham Əliyevə zəng vurub 21/05/2026 Bank xəbərləri ABB şahmat çempionatının qalibi oldu! 21/05/2026 Bank xəbərləri Yelo Bank-dan 0% komissiya ilə qızıl təminatlı kredit! 21/05/2026 Digər xəbərlər Neft və Qaz Avropa Komissiyası Brent markalı neft üzrə qiymət proqnozunu 91,2 dollara yüksəldib 21/05/2026 Ölkə daxili Emmanuel Makron İlham Əliyevə zəng vurub 21/05/2026 Bank xəbərləri ABB şahmat çempionatının qalibi oldu! 21/05/2026 Bank xəbərləri Yelo Bank-dan 0% komissiya ilə qızıl təminatlı kredit! 21/05/2026