Avrozonanın dövlət borcu 2026-cı ildə ümumi daxili məhsulun 90%-ni ötəcək Ümumi iqtisadi xəbərlər 21/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Avrozonaya daxil olan 21 ölkənin dövlət borcu 2026-cı ildə onların ümumi daxili məhsulunun psixoloji hədd hesab edilən 90%-ni ötəcək, 2027-ci ildə isə ümumi daxili məhsulun 91,2%-nə çatacaq. Bu göstərici 2010–2014-cü illərdə avrozonada baş vermiş suveren borc böhranı və 2020–2021-ci illərdə koronavirus pandemiyası dövründəki səviyyə ilə müqayisə olunur. Bu barədə Avropa Komissiyasının yaz iqtisadi hesabatında bildirilir. Avropa Komissiyası etiraf edib ki, dövlət borcunun yığılması payız proqnozunda nəzərdə tutulduğundan daha sürətlə gedir. Həmin proqnozda dövlət borcunun 2026-cı ildə ümumi daxili məhsulun 89,8%-i, 2027-ci ildə isə 90,4%-i səviyyəsində olacağı gözlənilirdi.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Avropa Komissiyası bu göstəriciləri İran ətrafında gedən müharibə səbəbindən enerji daşıyıcılarının qiymətlərinin artması ilə izah edir, lakin rəqəmlərin Ukraynanın hərbi maliyyələşdirilməsi ilə əlaqəsinə toxunmur. Bunun üçün Avropa İttifaqı yaxın zamanda 90 milyard avroluq ümumi borclanma mexanizmini işə salıb və həmin borcları Avropa İttifaqına üzv ölkələr özləri ödəyəcəklər. Avropa Komissiyası proqnozunda Ukraynadakı münaqişənin davam edəcəyi və Rusiyaya qarşı bütün sanksiyaların ən azı 2027-ci ilin sonuna qədər qüvvədə qalacağı ssenarisindən çıxış edir. TaglarAvrozona Son xəbərlər Ümumi iqtisadi xəbərlər Cəbrayıl və Ağdamda “ASAN Həyat” kompleksləri tikilir: Layihələndirməyə ₼1 milyon ayrıldı 21/05/2026 Qeyri-bank kredit təşkilatları “Bir Kredit BOKT” MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb 21/05/2026 İnvestisiya Nvidia gözləntiləri üstələyən hesabat açıqladı, amma bu, Uoll-Striti razı salmadı 21/05/2026 İnvestisiya “OpenAI” payızda IPO keçirməyi planlaşdırır 21/05/2026 Digər xəbərlər Ümumi iqtisadi xəbərlər Cəbrayıl və Ağdamda “ASAN Həyat” kompleksləri tikilir: Layihələndirməyə ₼1 milyon ayrıldı 21/05/2026 Qeyri-bank kredit təşkilatları “Bir Kredit BOKT” MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb 21/05/2026 İnvestisiya Nvidia gözləntiləri üstələyən hesabat açıqladı, amma bu, Uoll-Striti razı salmadı 21/05/2026 İnvestisiya “OpenAI” payızda IPO keçirməyi planlaşdırır 21/05/2026