Bir neçə şirkət “MilliKart”dakı payını “ASB Bank”a satıb Bank xəbərləriKapital bazarı 21/05/2026 ASB Bank-ın səhifəsindən Paylaş FacebookXWhatsAppTelegram Azərbaycanda pressinq mərkəzi “MilliKart” MMC-nin nizamnamə kapitalındakı pay bölgüsü dəyişdirilib. Banker.az-ın “MilliKart”dan əldə etdiyi məlumata görə, hazırda şirkətin 4 səhmdarı mövcuddur — “Azərsun Holdinq” MMC, “Azərbaycan Sənaye Bankı” ASC, “TuranBank” ASC və “Bank of Baku” ASC.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Belə ki, digər səhmdarlar, “Azərbaycan Sənaye Bankı” ASC və onun daxil olduğu “Azərsun Holdinq” MMC-nin təklifi əsasında “MilliKart” MMC-nin nizamnamə kapitalındakı paylarını “Azərbaycan Sənaye Bankı” ASC-yə satıblar. Bundan öncə isə ASC “Xalq” Bankının 0.67% payının digər səhmdara ötürdüyü barədə yazmışdıq. Xatırladaq ki, “MilliKart” prosessinq mərkəzi 2006-cı ildə Azərbaycan Mərkəzi Bankı tərəfindən yaradılıb və sonradan banklara satılıb. Müxtəlif dövrlərdə şirkətin səhmdarları sırasında “Bank Respublika”, “Unibank”, “Azər-Türk Bank”, “Rabitəbank”, “Turan Bank”, “Bank of Baku”, “Xalq Bank”, “AccessBank” və digər banklar, eləcə də bəzi ləğv prosesində olan kredit təşkilatları yer alırdı. Son xəbərlər Bank xəbərləri Mərkəzi Bankla “Deutsche Bank” arasında əməkdaşlıq perspektivləri müzakirə edilib 21/05/2026 Nəqliyyat Nyu-Yorkda güclü yağışlar nəticəsində yollar və metro xətləri su altında qalıb 21/05/2026 Neft və Qaz BƏƏ: Hörmüz boğazından kənarda yeni boru kəmərinin tikintisinin demək olar ki, 50%-i tamamlanıb 21/05/2026 Telekommunikasiya AzInTelecom “AI GITEX Kenya 2026” texnologiya sərgisində təmsil olunub 21/05/2026 Digər xəbərlər Bank xəbərləri Mərkəzi Bankla “Deutsche Bank” arasında əməkdaşlıq perspektivləri müzakirə edilib 21/05/2026 Nəqliyyat Nyu-Yorkda güclü yağışlar nəticəsində yollar və metro xətləri su altında qalıb 21/05/2026 Neft və Qaz BƏƏ: Hörmüz boğazından kənarda yeni boru kəmərinin tikintisinin demək olar ki, 50%-i tamamlanıb 21/05/2026 Telekommunikasiya AzInTelecom “AI GITEX Kenya 2026” texnologiya sərgisində təmsil olunub 21/05/2026