Bu şəxslərə hər ay 100 manat mənzil kirayəsi xərci ödəniləcək Ölkə daxili 21/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Nazirlər Kabineti “Dövlət orqanlarının işğaldan azad edilmiş ərazilərdə işləyən və ya xidmətdə olan əməkdaşları üçün mənzil kirayəsi xərclərinin ödənilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” qərar verib. Qərara əsasən, müəyyən edilib:⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə – dövlət orqanlarının işğaldan azad edilmiş ərazilərdə işləyən və ya xidmətdə olan, qeydiyyat ünvanı iş (xidmət) yerindən 50 km-dən artıq uzaqda yerləşən (hərbi qulluqçulara münasibətdə bu şərt nəzərə alınmadan) əməkdaşları üçün mənzil kirayəsinə görə hər ay 100 manat məbləğində vəsait ödəniləcək: – nəzərdə tutulan vəsait işğaldan azad edilmiş ərazilərdə işləyən və ya xidmətdə olan ailə üzvlərindən yalnız biri üçün ödəniləcək; – nəzərdə tutulan şəxslərlə birlikdə yaşayan və 3 nəfərdən artıq olmamaqla hər bir ailə üzvü üçün 50 manat məbləğində əlavə vəsait ödəniləcək. Dövlət orqanlarının rəhbərlərinə tapşırılıb ki, bu qərarda göstərilən şəxslərin sayı haqqında hər il iyulun 1-nə olan məlumatın işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri və ya müvafiq ərazidə çoxmənzilli binaların idarə edilməsi sahəsində fəaliyyət göstərən qurumlarla razılaşdırmaqla, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilməsini təmin etsinlər. Son xəbərlər Ölkə daxili Britaniya Kralı III Çarlz İlham Əliyevə məktub göndərib 21/05/2026 Dövlət büdcəsi AMB və ARDNF vahid xəzinə hesabının qalıq vəsaitlərini idarə edə biləcəklər 21/05/2026 Dövlət büdcəsi Baş nazir yeni qərar imzaladı 21/05/2026 Ümumi iqtisadi xəbərlər Zərdabda əkin sahələrinin su təminatı yaxşılaşdırılır: 10.5 milyon manatlıq yeni layihə 21/05/2026 Digər xəbərlər Ölkə daxili Britaniya Kralı III Çarlz İlham Əliyevə məktub göndərib 21/05/2026 Dövlət büdcəsi AMB və ARDNF vahid xəzinə hesabının qalıq vəsaitlərini idarə edə biləcəklər 21/05/2026 Dövlət büdcəsi Baş nazir yeni qərar imzaladı 21/05/2026 Ümumi iqtisadi xəbərlər Zərdabda əkin sahələrinin su təminatı yaxşılaşdırılır: 10.5 milyon manatlıq yeni layihə 21/05/2026