Dünyanın ən sahibkar ölkələri: Azərbaycan bu ölkələri geridə qoydu Xarici biznes xəbərləriYerli biznes xəbərləri 21/05/2026 Paylaş FacebookXWhatsAppTelegram “OnDeck” platforması dünyanın 160 ən sahibkar ölkələri ilə bağlı araşdırmasının nəticələrini açıqlayıb. “LinkedIn” məlumatları əsasında hazırlanan qlobal xəritədə müxtəlif ölkələrdə hər 10 min istifadəçiyə düşən biznes qurucularının sayı müəyyənləşdirilib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Araşdırmaya əsasən, Estoniya sahibkarlıq səviyyəsinə görə dünyada ilk sırada qərarlaşıb. Bu ölkədə hər 10 min “LinkedIn” istifadəçisinə 218,6 biznes qurucusu düşür. Siyahıda İsrail 167,5 göstərici ilə ikinci yerdədir. Gürcüstan 133,3 göstərici ilə 4, Finlandiya isə 130,8 göstərici ilə 5-ci yerdə qərarlaşıb. Araşdırmada Azərbaycan da yer alıb. Məlumata görə, Azərbaycanda hər 10 min “LinkedIn” istifadəçisinə 60 iş adamı düşür. Bu göstərici ilə Azərbaycan qlobal reytinqdə 54-cü pillədə qərarlaşıb. Region ölkələri arasında Türkiyədə bu göstərici 59, İranda 44,2, Qırğızıstanda 34,1, Özbəkistanda 36, Qazaxıstanda isə 23,2 təşkil edib. Türkmənistan isə xəritədə ayrıca göstərilməyib. Görüldüyü kimi, Azərbaycan siyahıda bir sıra MDB və region ölkələrini qabaqlayıb. Qeyd edək ki, hesabat hazırlanarkən 150 ölkə üzrə “LinkedIn” profilləri təhlil edilib. Daha sonra “founder” (“qurucu”) vəzifə adı ilə aparılan axtarışlar əsasında ölkələr reytinqləşdirilib. MənbəMODERN.AZ TaglarLinkedInSahibkarlıq Son xəbərlər Ölkə daxili Azərbaycanda dövlət strukturlarından biri ləğv olundu – Rəsmi qərar 21/05/2026 İnvestisiya Ağdam Sənaye Parkına indiyədək yatırılan investisiyanın həcmi açıqlanıb 21/05/2026 Ölkə daxili İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib 21/05/2026 Ölkə daxili İlin sonuna qədər Kəlbəcərin Zar kəndinə ilk köç olacaq 21/05/2026 Digər xəbərlər Ölkə daxili Azərbaycanda dövlət strukturlarından biri ləğv olundu – Rəsmi qərar 21/05/2026 İnvestisiya Ağdam Sənaye Parkına indiyədək yatırılan investisiyanın həcmi açıqlanıb 21/05/2026 Ölkə daxili İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib 21/05/2026 Ölkə daxili İlin sonuna qədər Kəlbəcərin Zar kəndinə ilk köç olacaq 21/05/2026