Əlillik hansı hallarda müddətsiz təyin olunur? Ölkə daxili 21/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş əlilliyin müəyyən olunması meyarlarına uyğun olaraq bir sıra hallarda əlillik müddətsiz təyin edilir. Bu barədə DOST TV-nin efirində yayımlanan “Sosial saat” verilişində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin departament müdirinin müavini İlkin Yusifov məlumat verib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə O bildirib ki, geri dönməz proseslər olduqda, müəyyən anatomik və ya psixi pozuntu hallarında əlillik birbaşa müddətsiz təyin olunur. Həmin Qərarla təsdiqlənmiş meyarlara əsasən 300-ə yaxın halda əlillik müddətsiz təyin olunur. Həmçinin Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən orqanizmin funksiyalarının pozulması 81-100 faiz aralığında (I dərəcə) ardıcıl olaraq 4 il, 61-80 faiz aralığında (II dərəcə) ardıcıl olaraq 10 il və 31-60 faiz aralığında (III dərəcə) ardıcıl olaraq 15 il müddətində müəyyən olunduğu halda növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. Bundan başqa, qanunvericiliyə əsasən pensiya yaşına çatmasına görə sosial ödəniş almaq hüququ olan şəxslərə də əlillik müddətsiz təyin olunur. MənbəQAFQAZİNFO TaglarDövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyiəlillik təyinatıİlkin Yusifov Son xəbərlər Ölkə daxili Azərbaycanda dövlət strukturlarından biri ləğv olundu – Rəsmi qərar 21/05/2026 İnvestisiya Ağdam Sənaye Parkına indiyədək yatırılan investisiyanın həcmi açıqlanıb 21/05/2026 Ölkə daxili İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib 21/05/2026 Xarici biznes xəbərləri Dünyanın ən sahibkar ölkələri: Azərbaycan bu ölkələri geridə qoydu 21/05/2026 Digər xəbərlər Ölkə daxili Azərbaycanda dövlət strukturlarından biri ləğv olundu – Rəsmi qərar 21/05/2026 İnvestisiya Ağdam Sənaye Parkına indiyədək yatırılan investisiyanın həcmi açıqlanıb 21/05/2026 Ölkə daxili İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib 21/05/2026 Xarici biznes xəbərləri Dünyanın ən sahibkar ölkələri: Azərbaycan bu ölkələri geridə qoydu 21/05/2026