Şəkidə “Ağıllı Qoruq” konsepsiyası tətbiq olunacaq Ümumi iqtisadi xəbərlər 22/05/2026 DCIM100MEDIADJI_0036.JPG Paylaş FacebookXWhatsAppTelegram Şəkidə “Ağıllı Qoruq” konsepsiyasının tətbiq olunması nəzərdə tutulur. Bunu Şəkinin Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin direktoru Gülnarə Əliyeva Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş “Şəhərlərdə Rəqəmsal Transformasiya” adlı tədbirdə deyib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində “Ağıllı Qoruq” (Smart Qoruq) konsepsiyasının tətbiqi planlaşdırılır. Konsepsiya çərçivəsində turistlərin rahatlığının təmin olunması məqsədilə naviqasiya və məlumatlandırma sistemləri qurulacaq. Qoruq ərazisində rəqəmsal bilet satışı sisteminin tətbiqi də nəzərdə tutulur. Yeniliklər turistlərin qoruğu daha rahat və səmərəli şəkildə ziyarət etməsinə imkan yaradacaq”, – deyə o qeyd edib. Direktor əlavə edib ki, Şəki şəhərinin zəngin mədəni irsinin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində fəaliyyət davam etdiriləcək: “Tarixi irsin mühafizəsi ilə bağlı həyata keçirilən layihələr həm konservasiya, həm də müasir idarəetmə mexanizmlərinin tətbiqi baxımından mühüm əhəmiyyət daşıyır”. MənbəReport TaglarAğıllı QoruqŞəki Son xəbərlər Bank xəbərləri Bank Respublika ad günündə müştərisinə avtomobil təqdim etdi 22/05/2026 Maliyyə xəbərləri Bu şəxsləri işə götürənlər cərimələnəcək 22/05/2026 Digər xəbərlər Bu şəxslər 5 min manatadək cərimələnəcək 22/05/2026 Ümumi iqtisadi xəbərlər İçərişəhərdə ziyarətçi sıxlığını nəzərə alaraq yeni idarəetmə modeli hazırlanır 22/05/2026 Digər xəbərlər Bank xəbərləri Bank Respublika ad günündə müştərisinə avtomobil təqdim etdi 22/05/2026 Maliyyə xəbərləri Bu şəxsləri işə götürənlər cərimələnəcək 22/05/2026 Digər xəbərlər Bu şəxslər 5 min manatadək cərimələnəcək 22/05/2026 Ümumi iqtisadi xəbərlər İçərişəhərdə ziyarətçi sıxlığını nəzərə alaraq yeni idarəetmə modeli hazırlanır 22/05/2026