İçərişəhərdə ziyarətçi sıxlığını nəzərə alaraq yeni idarəetmə modeli hazırlanır Ümumi iqtisadi xəbərlər 22/05/2026 Paylaş FacebookXWhatsAppTelegram İçərişəhərdə tarixi şəhər mühitinin canlılığının qorunması və dayanıqlı idarə olunması məqsədilə “ağıllı qoruq” konsepsiyası əsasında kompleks yanaşma tətbiq edilir. Bu barədə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində keçirilən “Tarixi şəhərlərdə rəqəmsal transformasiya – ağıllı irs, məlumatlara əsaslanan idarəetmə və inklüziv şəhər gələcəyi” mövzusundakı tədbirdə bildirib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Onun sözlərinə görə, hazırda təxminən 5000 nəfər əhalisi olan, onlardan 3000-dən çoxunun daimi sakin kimi yaşadığı İçərişəhər yalnız turizm məkanı deyil, həm də yaşayan şəhər mühiti kimi fəaliyyət göstərir. Qeyd edilib ki, beynəlxalq təcrübədə tarixi şəhər mərkəzlərinin zamanla muzeyləşməsi və canlı şəhər funksiyasını itirməsi halları müşahidə olunur. Lakin İçərişəhərdə əsas məqsəd bu tendensiyanın qarşısını almaq və ərazini yaşayan şəhər kimi qoruyub saxlamaqdır. Rüfət Mahmud bildirib ki, son bir il ərzində yeni komanda tərəfindən sistemli yanaşma əsasında üçillik strategiya hazırlanıb və əsas hədəf İçərişəhərin canlı şəhər kimi inkişafının təmin edilməsidir. “Tarixi şəhər mühitində yaşamaq adi şəhər mühitindən fərqli idarəetmə və xidmət tələbləri yaradır. Bu baxımdan sakinlərin rahatlığının təmin olunması, turizm axınlarının idarə edilməsi və şəhər mühitində balansın qorunması xüsusi əhəmiyyət daşıyır”, – Rüfət Mahmud vurğulayıb. Onun sözlərinə görə, turizm axınından yaranan təzyiqlər və ziyarətçi sıxlığının sakinlərin gündəlik həyatına təsiri nəzərə alınaraq yeni idarəetmə modeli hazırlanır. MənbəAPA Taglarİçərişəhəridarəetmə modeli Son xəbərlər Bank xəbərləri Bank Respublika ad günündə müştərisinə avtomobil təqdim etdi 22/05/2026 Maliyyə xəbərləri Bu şəxsləri işə götürənlər cərimələnəcək 22/05/2026 Digər xəbərlər Bu şəxslər 5 min manatadək cərimələnəcək 22/05/2026 Ümumi iqtisadi xəbərlər Şəkidə “Ağıllı Qoruq” konsepsiyası tətbiq olunacaq 22/05/2026 Digər xəbərlər Bank xəbərləri Bank Respublika ad günündə müştərisinə avtomobil təqdim etdi 22/05/2026 Maliyyə xəbərləri Bu şəxsləri işə götürənlər cərimələnəcək 22/05/2026 Digər xəbərlər Bu şəxslər 5 min manatadək cərimələnəcək 22/05/2026 Ümumi iqtisadi xəbərlər Şəkidə “Ağıllı Qoruq” konsepsiyası tətbiq olunacaq 22/05/2026