“Stellantis” yeni avtomobil və texnologiyalara €70 milyard investisiya qoyur Avto xəbərlər 22/05/2026 Paylaş FacebookXWhatsAppTelegram “Fiat Chrysler Automobiles” və “PSA Group” şirkətlərinin birləşməsi nəticəsində yaranmış avtomobil istehsalçısı “Stellantis” 2030-cu ilə qədər 70 milyard avro dəyərində biznes planını təqdim edib. “Reuters”in məlumatına görə, plana daxili yanma mühərrikli avtomobillərdən elektromobillərə qədər 60 yeni modelin istehsalı, texnologiyalara investisiyalar, digər şirkətlərlə birgə müəssisələrin yaradılması və istehsal güclərindən daha səmərəli istifadə daxildir.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə “Stellantis” həmçinin geniş brend portfelinə yanaşmasını yenidən nəzərdən keçirməyi planlaşdırır. İnvestisiyaların 70%-nin “Jeep”, “Ram”, “Peugeot” və “Fiat” markalarına, eləcə də “Pro One” kommersiya avtomobilləri bölməsinə yönəldilməsi gözlənilir. 30-dan çox ölkədə yerləşən “Stellantis” zavodlarında “Alfa Romeo”, “Chrysler”, “Citroen”, “Dodge”, “Maserati” və “Vauxhall” daxil olmaqla 14 markanın avtomobilləri istehsal olunur. TaglarStellantis Son xəbərlər Kripto valyutalar “Trump Media” bitkoin satışından $200 milyon itirib 22/05/2026 Ölkə daxili Nural Əliyev vəzifəsindən azad ediləcək 22/05/2026 Ümumi iqtisadi xəbərlər Əli Əsədov: Azərbaycan iqtisadiyyatın şaxələndirilməsini sürətləndirir 22/05/2026 Biznes “Lukoil”in rəhbəri Vahid Ələkbərov: “Yaxın Şərqdəki münaqişənin qlobal neft bazarına təsiri qısamüddətli olacaq” 22/05/2026 Digər xəbərlər Kripto valyutalar “Trump Media” bitkoin satışından $200 milyon itirib 22/05/2026 Ölkə daxili Nural Əliyev vəzifəsindən azad ediləcək 22/05/2026 Ümumi iqtisadi xəbərlər Əli Əsədov: Azərbaycan iqtisadiyyatın şaxələndirilməsini sürətləndirir 22/05/2026 Biznes “Lukoil”in rəhbəri Vahid Ələkbərov: “Yaxın Şərqdəki münaqişənin qlobal neft bazarına təsiri qısamüddətli olacaq” 22/05/2026