ABŞ, Rusiya və Ukrayna arasında üçtərəfli danışıqlar dayandırılıb Ölkə xarici 22/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Moskva, Vaşinqton və Kiyev arasında üçtərəfli danışıqlar dayandırılıb. Bu barədə ABŞ Dövlət katibi Marko Rubio NATO ölkələrinin xarici işlər nazirlərinin Stokholmda keçirilən görüşündə deyib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə O bildirib ki, hazırda heç bir müzakirə aparılmır. Bununla belə, Rubio gələcəkdə vəziyyətin dəyişəcəyinə ümid etdiyini vurğulayıb. ABŞ Dövlət katibi əvvəlki dialoq raundlarının heç bir nəticə vermədiyini etiraf edib. O, buna baxmayaraq, ABŞ-ın vasitəçi kimi fəaliyyətini davam etdirməyə hazır olduğunu qeyd edib. Rubio diqqətə çatdırıb ki, ABŞ sonsuz, nəticəsiz danışıqlarda iştirak etmək niyyətində deyil. O, müharibənin bir tərəfin ənənəvi qələbəsi ilə deyil, yalnız danışıqlar masasında bitə biləcəyinə əmin olduğunu ifadə edib. Qeyd edək ki, 2026-cı ildə Rusiya, ABŞ və Ukrayna arasında danışıqların üç raundu keçirilib. Bunlardan birincisi 23-24 yanvar tarixlərində Əbu-Dabidə, ikincisi 4-5 fevral tarixlərində yenə Əbu-Dabidə keçirilib və burada əsir mübadiləsi barədə razılığa gəlinib. Danışıqların üçüncü raundu isə 17-18 fevral tarixlərində Cenevrədə baş tutub. MənbəAPA TaglarABŞ-Rusiya-UkraynaMarko Rubio Son xəbərlər Nəqliyyat Bakı-Tbilisi qatarı bu şəxslər üçün pulsuz olacaq 22/05/2026 Nəqliyyat Bakı-Sumqayıt yolunda nəqliyyat axınını azaldacaq yeni layihə 22/05/2026 Bank xəbərləri Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM 22/05/2026 Bank xəbərləri “Azər Türk Bank” səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək 22/05/2026 Digər xəbərlər Nəqliyyat Bakı-Tbilisi qatarı bu şəxslər üçün pulsuz olacaq 22/05/2026 Nəqliyyat Bakı-Sumqayıt yolunda nəqliyyat axınını azaldacaq yeni layihə 22/05/2026 Bank xəbərləri Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM 22/05/2026 Bank xəbərləri “Azər Türk Bank” səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək 22/05/2026