Bakı-Tbilisi qatarına bilet bu şəxslər üçün pulsuz olacaq Nəqliyyat 22/05/2026 Paylaş FacebookXWhatsAppTelegram “Azərbaycan Dəmir Yolları”nın Bakı–Tbilisi–Bakı marşrutu üzrə hərəkət edən qatarlarında uşaqlar üçün güzəştli və pulsuz səyahət imkanları tətbiq olunur. Qurumdan verilən məlumata görə, 5 yaşa qədər uşaqlar ayrıca yer tutmamaq şərtilə qatarla pulsuz səyahət edə bilərlər. 5–10 yaş arası uşaqlar üçün isə səyahət sinifi, biletin alınma tarixi və mövsümdən asılı olaraq 50 faizə qədər endirim nəzərdə tutulub.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Bildirilib ki, 5 yaşadək uşaqlar üçün nəzərdə tutulan pulsuz bilet mütləq qaydada rəsmiləşdirilməlidir. Qaydalara əsasən, uşağın səfəri etibarlılıq müddəti olan pasport əsasında həyata keçirilir. Uşaq yalnız bir valideynlə səyahət etdikdə digər valideynin, valideynsiz digər böyüklə səfər etdikdə isə hər iki valideynin ayrıca notarial qaydada təsdiqlənmiş etibarnaməsi tələb olunur. Sərnişinlər biletləri ADY-nin rəsmi saytı, ADY Mobile tətbiqi və dəmiryol kassaları vasitəsilə əldə edə bilərlər. TaglarADY MobileAzərbaycan Dəmir YollarıBakı-Tbilisi qatarı Son xəbərlər Maliyyə xəbərləri Bu sənədin Mərkəzi Banka təqdim edilməməsinə görə 5 000 manatadək cərimə müəyyənləşir 22/05/2026 Ölkə daxili Kim Çen In İlham Əliyevi təbrik edib 22/05/2026 Ölkə xarici ABŞ, Rusiya və Ukrayna arasında üçtərəfli danışıqlar dayandırılıb 22/05/2026 Nəqliyyat Bakı-Sumqayıt yolunda nəqliyyat axınını azaldacaq yeni layihə 22/05/2026 Digər xəbərlər Maliyyə xəbərləri Bu sənədin Mərkəzi Banka təqdim edilməməsinə görə 5 000 manatadək cərimə müəyyənləşir 22/05/2026 Ölkə daxili Kim Çen In İlham Əliyevi təbrik edib 22/05/2026 Ölkə xarici ABŞ, Rusiya və Ukrayna arasında üçtərəfli danışıqlar dayandırılıb 22/05/2026 Nəqliyyat Bakı-Sumqayıt yolunda nəqliyyat axınını azaldacaq yeni layihə 22/05/2026