Ərdoğan: Türkiyə dünya boru ehtiyatlarının 73 faizinə sahibdir Neft və Qaz 22/05/2026 Paylaş FacebookXWhatsAppTelegram İkisi Azərbaycandan, ikisi Rusiyadan, biri isə İrandan olmaqla, ümumilikdə 5 boru kəməri ilə Türkiyəni Avropanın ən güclü enerji mərkəzlərindən birinə çevirdik. Son 10 ildə enerji sektoruna çox böyük investisiyalar yatırdıq. Türkiyə artıq 39 ölkədən, 50-dən çox şirkətdən təbii qaz tədarük edən nəhəng enerji infrastrukturuna malikdir. Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan II İstanbul Təbii Sərvətlər Zirvəsində çıxışı zamanı bildirib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Türkiyənin dünya boru ehtiyatlarının 73 faizinə sahib olduğunu vurğulayan Prezident Ərdoğan Sakarya Qaz Yatağında gündəlik hasilatın 9,5 milyon kubmetrə çatdığını qeyd edib. “Təkcə Qara dənizdə deyil, Qabar bölgəsində də tarix yazdıq. Daxili neft hasilatımızın 44 faizi Qabardan əldə olunur. Bu gün bu bölgədən əldə edilən hasilat Türkiyənin enerji təchizatının təhlükəsizliyinə çox böyük töhfə verir. 2028-ci ildə ikinci üzən hasilat platformasının istismara verilməsi ilə istehsal 45 milyon kubmetrə çatacaq. Cümhuriyyət tarixinin ən böyüyük neft kəşfini isə Şırnakda etdik. Onilliklər boyunca terrorla anılan bu bölgələr bu gün investisiya və məşğulluqla yadda qalır. Uzun illər istifadəsiz qalan ərazilərdə turizm artır, kənd təsərrüfatı inkişaf edir. Diyarbəkirdə 4 sahə müəyyən edilib. Qarşıdakı 3 il ərzində daha 24 quyuda iş aparmağı planlaşdırırıq”, – deyə Türkiyə lideri vurğulayıb. Türkiyənin qlobal enerji diplomatiyasında da ön sıralarda olduğunu qeyd edən ölkə başçısı deyib: “Somalinin ərazi sularında apardığımız kəşfiyyat işləri Türkiyənin xaricdə həyata keçirdiyi ilk dərin dəniz qazması olmaq baxımından tarixi əhəmiyyət daşıyır. İqlim şərtləri əlverişli olacağı təqdirdə Somalidəki qazma işləri 6–9 ay ərzində tamamlanacaq”. MənbəAZƏRTAC Taglarboru kəmərləriRəcəb Tayyib ƏrdoğanTürkiyə Son xəbərlər Nəqliyyat İctimai nəqliyyatda ödənişlə bağlı yenilik: aylıq və illik paketlər gəlir 22/05/2026 Maliyyə xəbərləri Bu sənədin Mərkəzi Banka təqdim edilməməsinə görə 5 000 manatadək cərimə müəyyənləşir 22/05/2026 Ölkə daxili Kim Çen In İlham Əliyevi təbrik edib 22/05/2026 Nəqliyyat Bakı-Tbilisi qatarına bilet bu şəxslər üçün pulsuz olacaq 22/05/2026 Digər xəbərlər Nəqliyyat İctimai nəqliyyatda ödənişlə bağlı yenilik: aylıq və illik paketlər gəlir 22/05/2026 Maliyyə xəbərləri Bu sənədin Mərkəzi Banka təqdim edilməməsinə görə 5 000 manatadək cərimə müəyyənləşir 22/05/2026 Ölkə daxili Kim Çen In İlham Əliyevi təbrik edib 22/05/2026 Nəqliyyat Bakı-Tbilisi qatarına bilet bu şəxslər üçün pulsuz olacaq 22/05/2026