“Green card” qaydaları dəyişdirildi Ölkə xarici 23/05/2026 Paylaş FacebookXWhatsAppTelegram ABŞ-nin İmmiqrasiya Xidməti əcnəbilər üçün viza və “qrin kart” (Green card-ing) verilişi qaydalarını dəyişib. Artıq ABŞ ərazisində ola-ola “qrin kart” üçün müraciət etmək mümkün olmayacaq, belə ki, bunun üçün ərizəçi öz vətəndaşı olduğu ölkəyə qayıdaraq oradan ABŞ-nin diplomatik missiyasına müraciət etməli olacaq. Bu barədə ABŞ-nin Vətəndaşlıq və İmmiqrasiya Xidməti (USCIS) məlumat yayıb.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Bildirilib ki, əcnəbilər öz ölkələrindən müraciət etdikdə, yaşayış icazəsi üçün ərizələrinə rədd cavabı gəldikdən sonra ABŞ-də qanunsuz qalmağa çalışan şəxslərin axtarılması və deportasiya edilməsinə ehtiyac azalır. Qurumdan bildirilib ki, qeyri-immiqrasiya vizalarının sahibləri — məsələn, tələbələr, müvəqqəti işçilər və ya turistlər – ABŞ-yə qısa müddət və müəyyən məqsədlə gəlirlər. Onlar səfərləri başa çatdıqdan sonra ölkəni tərk etməlidirlər. Lakin bir çox hallarda onlar ABŞ-yə gəldikdən sonra immiqrasiya prosesinə başlayırlar. Yeni qaydanın tətbiqi bunun qarşısını almağa yönəlib. MənbəTREND Son xəbərlər İdman “Forbes” dünyanın ən çox qazanan idmançılarının siyahısını açıqlayıb 23/05/2026 Ölkə daxili May ayının bütün sosial ödənişləri ödənilib 23/05/2026 Ölkə xarici Böyük Britaniyada işsizlik səviyyəsi son beş ilin minimumuna düşüb 23/05/2026 Kənd təsərrüfatı Macarıstan Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalını qadağan edir 23/05/2026 Digər xəbərlər İdman “Forbes” dünyanın ən çox qazanan idmançılarının siyahısını açıqlayıb 23/05/2026 Ölkə daxili May ayının bütün sosial ödənişləri ödənilib 23/05/2026 Ölkə xarici Böyük Britaniyada işsizlik səviyyəsi son beş ilin minimumuna düşüb 23/05/2026 Kənd təsərrüfatı Macarıstan Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalını qadağan edir 23/05/2026