Evlərə yeni su sayğacları quraşdırılacaq – hər şey uzaqdan idarə olunacaq Ölkə daxili 23/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Su infrastrukturu üzrə icra etdiyimiz layihələrin hamısında SCADA həllərinin tətbiqi nəzərdə tutulur. Bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədr müavini İlham Bayramov deyib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə İ.Bayramov qeyd edib ki, bu prosesin son mərhələlərindən biri də sayğac sistemlərinin tam elektronlaşdırılmasıdır: “Hazırda əsasən mexaniki və smart tipli sayğaclardan istifadə olunur. Mövcud sayğacların əksəriyyətinin istismar müddəti başa çatıb. Texniki pasportlara əsasən onların istifadə müddəti təxminən 10 il nəzərdə tutulsa da, hazırda 12-15 il istifadə olunan sayğaclar mövcuddur. Smart sayğaclar müəyyən qədər “ağıllı idarəetmə” imkanı yaratsa da, biz artıq uzaqdan oxunan və idarə olunan yeni nəsil sayğaclara keçid edirik. Bu sayğaclar xüsusi texniki tələblərimiz əsasında istehsal olunub, informasiya sistemləri ilə inteqrasiyası tamamlanıb və hazırda test mərhələsindədir. Ümumilikdə məqsəd su mənbəyindən son istehlakçıya qədər bütün su təchizatı sisteminin tam avtomatlaşdırılmasıdır. Bu sistem vasitəsilə təzyiqin idarə olunması, qəzalara operativ müdaxilə, itkilərin azaldılması və şəbəkənin daha səmərəli idarə edilməsi mümkün olacaq”. MənbəAPA TaglarADSEAİlham Bayramovsmart kart tipli su sayğacları Son xəbərlər Nəqliyyat ADB Azərbaycanda relsli şəhər nəqliyyatının inkişafı üçün texniki yardım ayırır 23/05/2026 Neft və Qaz Azərbaycan nefti ucuzlaşıb 23/05/2026 Ölkə daxili Paytaxtı içməli su ilə təchiz edən xətlər yenidən qurulacaq 23/05/2026 Ölkə daxili Azərbaycanda su xətləri üzrə koordinat əsaslı məlumat bazası formalaşdırılır 23/05/2026 Digər xəbərlər Nəqliyyat ADB Azərbaycanda relsli şəhər nəqliyyatının inkişafı üçün texniki yardım ayırır 23/05/2026 Neft və Qaz Azərbaycan nefti ucuzlaşıb 23/05/2026 Ölkə daxili Paytaxtı içməli su ilə təchiz edən xətlər yenidən qurulacaq 23/05/2026 Ölkə daxili Azərbaycanda su xətləri üzrə koordinat əsaslı məlumat bazası formalaşdırılır 23/05/2026