Azərbaycanda su xətləri üzrə koordinat əsaslı məlumat bazası formalaşdırılır Ölkə daxili 23/05/2026 Paylaş FacebookXWhatsAppTelegram SCADA sistemlərinin tətbiqi və genişləndirilməsi su təchizatı və tullantı su idarəçiliyində geniş istifadə olunan texnologiyalardandır və bizim də əsas hədəflərimizdən biri ölkə üzrə SCADA sistemlərinin tətbiqidir. Bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədr müavini İlham Bayramov deyib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə İ.Bayramov qeyd edib ki, bu proses mərhələli şəkildə həyata keçirilməlidir: “Çünki SCADA sistemlərinin tətbiqi bu layihələrin son mərhələsidir. SCADA və digər avtomatlaşdırılmış idarəetmə həllərinin tətbiqindən əvvəl əsas mərhələ su təchizatı, tullantı və yağış su infrastrukturu üzrə vahid coğrafi informasiya sisteminə əsaslanan məlumat bazasının yaradılmasıdır. Biz uzun müddətdir bu istiqamətdə iş aparırıq. Hazırda ölkə üzrə təxminən 27 min kilometr su təchizatı xətləri, 11 min kilometr tullantı su infrastrukturu, 50 min kilometrdən çox açıq və qapalı suvarma kanalları, eləcə də anbarlar, nasos stansiyaları, təmizləyici və digər hidrotexniki qurğular üzrə koordinat əsaslı məlumat bazası formalaşdırılır”. MənbəAPA TaglarADSEAİlham Bayramovsu xətləri Son xəbərlər Menecement (təyinatlar) Dövlət Statistika Komitəsinin sədrinə yeni müşavir təyin edilib 23/05/2026 Nəqliyyat ADB Azərbaycanda relsli şəhər nəqliyyatının inkişafı üçün texniki yardım ayırır 23/05/2026 Ölkə daxili Evlərə yeni su sayğacları quraşdırılacaq – hər şey uzaqdan idarə olunacaq 23/05/2026 Neft və Qaz Azərbaycan nefti ucuzlaşıb 23/05/2026 Digər xəbərlər Menecement (təyinatlar) Dövlət Statistika Komitəsinin sədrinə yeni müşavir təyin edilib 23/05/2026 Nəqliyyat ADB Azərbaycanda relsli şəhər nəqliyyatının inkişafı üçün texniki yardım ayırır 23/05/2026 Ölkə daxili Evlərə yeni su sayğacları quraşdırılacaq – hər şey uzaqdan idarə olunacaq 23/05/2026 Neft və Qaz Azərbaycan nefti ucuzlaşıb 23/05/2026