Tehran Vaşinqtona kompensasiya müqabilində Hörmüzü açmağı təklif edib Ölkə xarici 23/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Tehran Vaşinqtona kompensasiya müqabilində Hörmüz boğazını açmağı təklif edib. Bu barədə Səudiyyə Ərəbistanının “Al Arabiya” televiziya kanalı diplomatik mənbələrə istinadən məlumat verib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə “İran ABŞ-dan kompensasiya müqabilində Hörmüz boğazını açmağı təklif edib”, – deyə mənbə əlavə edib. Qeyd olunub ki, İran ABŞ ilə dolayı danışıqlarda vasitəçilik edən Pakistana iki təklif çatdırıb. İran hakimiyyəti həmçinin hər hansı bir müqavilə imzalamadan əvvəl sanksiyalar və dondurulmuş aktiv qeydlərini müzakirə etməyi təklif edib. Daha əvvəl İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Baqai nüvə dosyesinin və sanksiyaların ləğvi məsələsinin ABŞ ilə danışıqların hazırkı mərhələsində müzakirə olunmayacağını bildirib. Onun sözlərinə görə, məhdudiyyətlərin qaldırılması tələbi İranın dəyişməz mövqeyidir və razılaşma üzərində işlərin başa çatmasından sonra növbəti mərhələlərdə müzakirə olunacaq. Cümə günü Pakistan Ordusunun Baş Qərargah rəisi, feldmarşal Asim Munir vasitəçilik missiyasının bir hissəsi olaraq Tehrana gəlib. O, artıq İranın xarici işlər naziri Abbas Əraqçi və İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibafla görüşüb. MənbəREPORT TaglarABŞ-İranHörmüz boğazı Son xəbərlər Neft və Qaz Türkiyə iki ilə 17 milyon evi öz təbii qazı ilə təmin edəcək 23/05/2026 Ölkə daxili Azərbaycanda yeni milli parklar yaradılacaq 23/05/2026 Ölkə daxili Azərbaycanda meşələrə nəzarət üçün dronlardan istifadə ediləcək 23/05/2026 Ölkə daxili Xəzər suyunun duzsuzlaşdırılması layihəsinin icrasına başlanılıb – Yeni su xətti çəkilir 23/05/2026 Digər xəbərlər Neft və Qaz Türkiyə iki ilə 17 milyon evi öz təbii qazı ilə təmin edəcək 23/05/2026 Ölkə daxili Azərbaycanda yeni milli parklar yaradılacaq 23/05/2026 Ölkə daxili Azərbaycanda meşələrə nəzarət üçün dronlardan istifadə ediləcək 23/05/2026 Ölkə daxili Xəzər suyunun duzsuzlaşdırılması layihəsinin icrasına başlanılıb – Yeni su xətti çəkilir 23/05/2026