Azərbaycanda yeni milli parklar yaradılacaq Ölkə daxili 23/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarında yeni milli parkların yaradılması istiqamətində işlər aparılır. Bunu ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov bildirib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Nazir qeyd edib ki, yaxın gələcəkdə 10 min hektarlarla ərazini əhatə edən yeni milli parkların yaradılmasının şahidi olacağıq: “Çox böyük ərazilərdir. Ərazilərin seçilməsi zamanı biz əsasən çalışdıq ki, daha çox təbiətin zənginliyi mövcud olan, heyvanat aləminin müxtəlifliyi ilə seçilən əraziləri əhatə edək.” Rəşad İsmayılov qeyd edib ki, 2025-ci ildə Azərbaycanda yeni iki milli park yaradılıb: “İlisu Milli Parkı İlisu qoruğunun bazasında yaradılıb, digəri isə Axar-Baxar Milli Parkıdır. Axar-Baxar tamamilə yeni – əvvəlcə hər hansı bir yasaqlıq və ya qoruq olmayan ərazilərdə yaradılıb. Bu, onun göstəricisidir ki, biz artıq yeni ərazilərin zənginliyini araşdırırıq və onların mühafizə rejimini artırmağa çalışırıq. Ərazilər həm cəlbedici adı, həm də zəngin təbiəti ilə diqqət çəkir.” MənbəTREND Taglarmilli parklarqarabağRəşad İsmayılovŞərqi Zəngəzur Son xəbərlər Ölkə xarici Tehran Vaşinqtona kompensasiya müqabilində Hörmüzü açmağı təklif edib 23/05/2026 Neft və Qaz Türkiyə iki ilə 17 milyon evi öz təbii qazı ilə təmin edəcək 23/05/2026 Ölkə daxili Azərbaycanda meşələrə nəzarət üçün dronlardan istifadə ediləcək 23/05/2026 Ölkə daxili Xəzər suyunun duzsuzlaşdırılması layihəsinin icrasına başlanılıb – Yeni su xətti çəkilir 23/05/2026 Digər xəbərlər Ölkə xarici Tehran Vaşinqtona kompensasiya müqabilində Hörmüzü açmağı təklif edib 23/05/2026 Neft və Qaz Türkiyə iki ilə 17 milyon evi öz təbii qazı ilə təmin edəcək 23/05/2026 Ölkə daxili Azərbaycanda meşələrə nəzarət üçün dronlardan istifadə ediləcək 23/05/2026 Ölkə daxili Xəzər suyunun duzsuzlaşdırılması layihəsinin icrasına başlanılıb – Yeni su xətti çəkilir 23/05/2026