Cəbrayıl rayonunda illik 2 milyon ağac tingi yetişdiriləcək – Nazir Kənd təsərrüfatı 23/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Cəbrayıl rayonu ərazisində yaradılan “Ağıllı Tingçilik Mərkəzi” regionda meşə bərpasına mühüm töhfə verəcək. Layihə çərçivəsində il ərzində 2 milyon ədədə qədər ağac tinginin yetişdirilməsi nəzərdə tutulur. Bunu ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov bildirib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Nazir qeyd edib ki, 2024-cü ilin sonundan başlayaraq Meşələrin İnkişafı Xidməti böyük istixanaların quraşdırılmasına başlayıb: “İndiyə qədər 5 böyük istixana kompleksi quraşdırılıb. Hazırda bu istixanalarda illik təxminən 1 milyon ting yetişdirilir. Mərkəzdə həm müasir üsullarla tinglərin yetişdirilməsi həyata keçiriləcək, həm də regional təlim mərkəzi kimi fəaliyyət göstərəcək. İl ərzində 2 milyon ədəd tingin yetişdirilməsi hədəflənir ki, bu da azad edilmiş ərazilərdə meşələrin yenidən qurulmasına əvəzsiz töhfə verəcək. Eyni zamanda, başlanğıc mərhələsində olan digər alternativ layihələr də mövcuddur,” – deyə nazir əlavə edib. MənbəTREND Taglarağac tingiCəbrayılRəşad İsmayılov Son xəbərlər Ölkə daxili Azərbaycanda sənaye meşələri salınacaq 23/05/2026 Ölkə xarici Tehran Vaşinqtona kompensasiya müqabilində Hörmüzü açmağı təklif edib 23/05/2026 Neft və Qaz Türkiyə iki ilə 17 milyon evi öz təbii qazı ilə təmin edəcək 23/05/2026 Ölkə daxili Azərbaycanda yeni milli parklar yaradılacaq 23/05/2026 Digər xəbərlər Ölkə daxili Azərbaycanda sənaye meşələri salınacaq 23/05/2026 Ölkə xarici Tehran Vaşinqtona kompensasiya müqabilində Hörmüzü açmağı təklif edib 23/05/2026 Neft və Qaz Türkiyə iki ilə 17 milyon evi öz təbii qazı ilə təmin edəcək 23/05/2026 Ölkə daxili Azərbaycanda yeni milli parklar yaradılacaq 23/05/2026