Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ziyan dəyib Ölkə xarici 24/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Rusiya ordusunun Ukraynanın paytaxtı Kiyevə kütləvi raket zərbələri nəticəsində mülki infrastrukturlara ciddi ziyan dəyib, dağıntılar var. Raketlərin bəziləri Azərbaycanın Ukraynadakı səfirliyinin yerləşdiyi Şevçenko rayonu ərazisinə hədəflənib. Bəzi raketlər isə səfirlikdən 300 metr məsafəyə düşüb. Hava zərbələri nəticəsində səfirliyin pəncərələri sınıb.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Səfirliyə yaxın ərazilərə raket zərbələrinin vurulması nəticəsində “Lukyanovka” bazarı və “Kvadrat” ticarət mərkəzi tamamilə yanaraq məhv olub. Həmçinin bəzi yaşayış binalarında da dağıntılar qeydə alınıb. Kiyev şəhər meri Vitali Kliçkonun açıqlamasına görə, hava zərbələri nəticəsində azı bir nəfər həlak olub, 40-dan çox insan isə xəsarət alıb. Yaralıların 28-i xəstaxanaya yerləşdirilib, onlardan 3-nün vəziyyəti ağır qiymətləndirilir. Dağıntılar təmizləndikdən sonra həlak olan və xəsarət alanların sayında dəyişikliyin olacağı istisna deyil. MənbəAZƏRTAC TaglarAzərbaycanın Ukraynadakı səfirliyiRusiya-Ukrayna müharibəsi Son xəbərlər Avto xəbərlər Avtomobil bazarında yeni böhran: mühərrik yağlara limit qoyuldu 24/05/2026 Ölkə daxili Çoxmərkəzli şəhər modeli Bakıya nə vəd edir? 24/05/2026 Ölkə xarici Paşinyan Axalkalaki–Qars dəmir yolunun açıldığını bildirib 24/05/2026 Ölkə xarici İsveçrədə referendum: Əhali sayı azaldılır, ölkə Şengendən çıxır 24/05/2026 Digər xəbərlər Avto xəbərlər Avtomobil bazarında yeni böhran: mühərrik yağlara limit qoyuldu 24/05/2026 Ölkə daxili Çoxmərkəzli şəhər modeli Bakıya nə vəd edir? 24/05/2026 Ölkə xarici Paşinyan Axalkalaki–Qars dəmir yolunun açıldığını bildirib 24/05/2026 Ölkə xarici İsveçrədə referendum: Əhali sayı azaldılır, ölkə Şengendən çıxır 24/05/2026