Paşinyan Axalkalaki–Qars dəmir yolunun açıldığını bildirib Ölkə xarici 24/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Ermənistanın Baş naziri Nikol Paşinyan Axalkalaki – Qars dəmir yolunun fəaliyyətə başladığını açıqlayıb. Paşinyan bu barədə “Facebook” sosial media hesabında yazıb.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə “Axalkalaki – Qars dəmir yolunun, eləcə də Azərbaycan dəmir yolunun bundan sonra Ermənistana ixrac və idxal üçün açıq olduğunu elan etməkdən şadam. Bu, ölkəmizin iqtisadi həyatında böyük hadisədir. Türkiyə və Gürcüstandan olan tərəfdaşlarımıza təşəkkür edirəm”, – Paşinyan yazıb. O bildirib ki, hazırda Ermənistan Gürcüstan və Azərbaycan ərazilərindən keçməklə, Rusiya ilə, həmçinin Rusiya və Qazaxıstandan keçməklə, Çinlə dəmir yolu əlaqəsinə malikdir. İndi bu istiqamətlərə, o cümlədən Avropa İttifaqı ilə əlaqəni təmin edən, Gürcüstan və Türkiyədən keçən marşrut da qoşulub. Bundan əlavə, hökumət başçısı qeyd edib ki, tezliklə Ermənistanla Türkiyə, Ermənistanla Azərbaycan arasında, daha sonra isə Naxçıvan vasitəsilə Ermənistanla İran arasında birbaşa dəmir yolu əlaqəsinin işə salınması gözlənilir. “TRIPP layihəsinin həyata keçirilməsi nəticəsində yaxın gələcəkdə biz bu hadisələrin şahidi olacağıq”, – Paşinyan vurğulayıb. MənbəREPORT TaglarAxalkalaki - Qars dəmir yoluErmənistanNikol Paşinyan Son xəbərlər Avto xəbərlər Avtomobil bazarında yeni böhran: mühərrik yağlara limit qoyuldu 24/05/2026 Ölkə daxili Çoxmərkəzli şəhər modeli Bakıya nə vəd edir? 24/05/2026 Ölkə xarici Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ziyan dəyib 24/05/2026 Ölkə xarici İsveçrədə referendum: Əhali sayı azaldılır, ölkə Şengendən çıxır 24/05/2026 Digər xəbərlər Avto xəbərlər Avtomobil bazarında yeni böhran: mühərrik yağlara limit qoyuldu 24/05/2026 Ölkə daxili Çoxmərkəzli şəhər modeli Bakıya nə vəd edir? 24/05/2026 Ölkə xarici Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ziyan dəyib 24/05/2026 Ölkə xarici İsveçrədə referendum: Əhali sayı azaldılır, ölkə Şengendən çıxır 24/05/2026