Avtomobil bazarında yeni böhran: mühərrik yağlara limit qoyuldu Avto xəbərlər 24/05/2026 Paylaş FacebookXWhatsAppTelegram “Nissan” və “Toyota” şirkətləri sintetik mühərrik yağlarının tədarükünə limit tətbiq etməyə və dilerlərə göndərilən həcmləri azaltmağa başlayıblar. “Carscoops” nəşrinin məlumatına əsasən, sürtkü materialları böhranı günü-gündən daha da kəskinləşir.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Avtomobil istehsalçılarının xüsusi tələblərinə uyğun hazırlanan “5W-30” və “0W-20” yağlarının tədarükü “Nissan” tərəfindən normalaşdırılır. Son bir həftə ərzində “5W-30” yağının tədarükü ötən illə müqayisədə 70%-ə, “0W-20” yağının tədarükü isə 55%-ə qədər azalıb. “Toyota” isə öz dilerlərinə “0W-8” və “0W-16” yağlarının ehtimal olunan qıtlığı barədə xəbərdarlıq edib. Nəticədə dilerlərə alternativ variantlar tapmaq tövsiyə olunub. Xəbərdə bildirilir ki, sintetik yağların istehsalında istifadə edilən III qrup baza yağlarının təxminən yarısı ABŞ-yə idxal olunur. Müstəqil Sürtkü Materialları İstehsalçıları Assosiasiyası iyun ayına qədər ABŞ-yə Fars körfəzi regionundan gələn III qrup baza yağlarının tükənəcəyini proqnozlaşdırır. Assosiasiyanın ehtimalına görə, Yaxın Şərqdəki münaqişənin səbəb olduğu bu kəsir 2027-ci ilin ortalarına qədər davam edə bilər. MənbəXezerxeber.az Taglaravtomobil bazarımühərrik yağlarıNissanToyota Son xəbərlər Ölkə daxili Sabahın havası açıqlanıb 24/05/2026 Ölkə daxili Çoxmərkəzli şəhər modeli Bakıya nə vəd edir? 24/05/2026 Ölkə xarici Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ziyan dəyib 24/05/2026 Ölkə xarici Paşinyan Axalkalaki–Qars dəmir yolunun açıldığını bildirib 24/05/2026 Digər xəbərlər Ölkə daxili Sabahın havası açıqlanıb 24/05/2026 Ölkə daxili Çoxmərkəzli şəhər modeli Bakıya nə vəd edir? 24/05/2026 Ölkə xarici Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ziyan dəyib 24/05/2026 Ölkə xarici Paşinyan Axalkalaki–Qars dəmir yolunun açıldığını bildirib 24/05/2026